Icma.az
close
up
RU
Sovet dövründə Bakı daha “azərbaycanca” idi AÇIQLAMA

Sovet dövründə Bakı daha “azərbaycanca” idi AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Bakı şəhərinə gələn qonaq dil baxımından buranın bir Azərbaycan şəhəri olduğunu heç cür bilə bilməz. Çünki şəhərdə Azərbaycan dilində obyekt və məkan adları, demək olar ki, yox dərəcəsindədir. Rus dilinin 2-ci ana dili kimi bizə sırıdıldığı Sovet dövründə belə Bakı indikindən daha “azərbaycanca” idi. O illərdə Bakıda “Yeddi gözəl”, “Suvenirlər”, “İdman malları”, “Azərbaycan çörəyi”, “Bahar”, “Azərbaycan” kinoteatrı, “Kəhrəba” kafesi kimi obyekt adları olduğu halda, bu gün həmin ərazidə onlar türk və ingilis dilində adlandırılmış obyektlərlə əvəzlənib”.
Bunu Demokrat.az-a açıqlamasında "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədr müavini Gülyaz Əliyeva deyib. O bildirib ki, xarici dillərdə adlandırılmış obyektlərə baxıb Bakının Azərbaycan, dilinin isə azərbaycanca olduğunu anlamaq olmur:
“Öncə onu deyim ki, dil təkcə insanlar arasında ünsiyyət vasitəsi deyil. O, həm də dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsuludur.
Müstəqillik qazandıqdan sonra ana dilinin milli dövlətçiliyimizin əsas atributlarından biri kimi tanıdılması ilk və vacib məsələlərdən biri kimi diqqət mərkəzində olub.
Bu gün bunlara baxıb Bakının Azərbaycan, dilinin isə azərbaycanca olduğunu deyə bilmirsən. Bu yazılara əsasən, şəhərin hansı xalqa məxsus olduğunu müəyyən etmək çətindir. Təkcə Bakının “Fəvvarələr meydanı”na nəzər salmaq sözümüzün doğruluğunu isbat edər.

Sovet dövründə Bakıda "Amfibiya adam" bədii filmi çəkilərkən şəhəri xarici şəhərə oxşatmaq üçün xeyli vəsait xərcləyərək kiosk və bəzi məkanların adlarını əcnəbi dildə yazmışdılar ki, Bakı xarici şəhərə oxşasın. Bu gün bizim şəhərdə istənilən xarici filmi obyekt adlarını dəyişdirməyə bir qəpik belə xərcləmədən asanlıqla çəkmək olar. Əksinə, Bakının bir Azərbaycan şəhəri olduğunu göstərmək üçün xeyli vəsait tələb olunar. Çünki şəhərdə, demək olar ki, obyekt və məkan adlarının çox böyük bir hissəsi məhz ingilis və digər əcnəbi dillərdədir”.
Gülyaz Əliyeva bildirib ki, bu məsələ ilə bağlı məhdudiyyətlər olmalıdır:
“Bu məsələ çox ciddi məsələdir və təxirə salınmadan qarşısı alınmalıdır. Qarşısını almaq üçün qanun və fərmanlar var. Qəbul olunmuş qərarlara əsasən, lövhələr dövlət dilində yazılmalıdır, xarici dildən kömək məqsədilə istifadə olunmalıdır. Amma nədənsə paytaxt küçələrində verilən qanunlara əməl olunmur. Bu obyektlərin sahibləri də, o adlara icazə verənlər də bilməlidirlər ki, Azərbaycan Respublikasında yaşayırlar və onun qanunlarına tabe olmalıdırlar”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri