Icma.az
close
up
RU
Sovet təyyarəsini Çinə qaçıran azərbaycanlı pilot

Sovet təyyarəsini Çinə qaçıran azərbaycanlı pilot

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


1985-ci ildə azərbaycanlı pilot Şamil Əlimuradov sovet sərnişin təyyarəsini qaçıraraq Çinə endirib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Dr. Professor Zaur Əliyev araşdırmasında bildirir ki, 1985-ci il dekabrın 19-da Yakutsk Mülki Aviasiya Administrasiyasına məxsus, Yakutsk–Çita–İrkutsk marşrutu üzrə 101/435 saylı reysi yerinə yetirən AN-24 təyyarəsi Çitaya yaxınlaşarkən gözlənilməz hadisə baş verdi. Təyyarənin ikinci pilotu, 1952-ci il təvəllüdlü Şamil Hacı oğlu Əlimuradov ekipajı hədələyərək marşrutu dəyişməyə və Çinə uçmağa məcbur etdi.

Məlumata görə, Əlimuradov kabinəyə daxil olaraq qapını içəridən bağlayıb və evdə hazırlanmış bıçağı təyyarə kapitanının boğazına dirəyərək Çinə istiqamət götürməyi tələb edib. Kapitan xüsusi siqnal vasitəsilə dispetçerə təyyarənin qaçırıldığını çatdıra bilib. Təyyarəni hərbi aerodroma yönəltmək cəhdi isə uğursuz alınıb və Əlimuradov kursun dəyişdirilməsinə imkan verməyib.

Təyyarə həmin gün Çində yerli kolxoz torpağına eniş edib. Hadisə barədə yerli hakimiyyət orqanlarına məlumat verilib və axşam saatlarınadək Çin hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Rus dilini bilən əməkdaş komandirlə və Əlimuradovla danışdıqdan sonra pilot təslim olub və Çindən siyasi sığınacaq istəyib. Sərnişinlər isə şəhərə aparılaraq geyim, yemək və qalacaq yerlə təmin ediliblər.

Harbin şəhərində verdiyi izahatda Şamil Əlimuradov bildirib ki, 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Politexnik İnstitutuna daxil olsa da, maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoyub. Daha sonra Bakı Fayans Zavodunda işləyib, 1970-ci ildə Sasovo Uçuş Məktəbinə daxil olub, 1972-ci ildə oranı bitirib. Sonrakı illərdə Kirovoqrad Ali Uçuş Məktəbində AN-24 üzrə yenidən hazırlıq keçib, 1980-ci ildə Leninqrad Mülki Aviasiya Akademiyasını başa vuraraq Yakutskda işləməyə başlayıb.

İzahatında o, SSRİ-də təzyiqlərlə üzləşdiyini, psixiatriya xəstəxanasına yerləşdirildiyini və buna görə də ölkəni tərk etmək qərarına gəldiyini yazıb. Əlimuradov "Düşmənin dostu, dostumdur" düşüncəsi ilə Çinə qaçmağa qərar verdiyini qeyd edib.

1986-cı il martın 4-də Harbində keçirilən məhkəmədə o, Çin qanunvericiliyinə əsasən səkkiz il azadlıqdan məhrum edilib. Məhkəmə prosesində SSRİ diplomatları da iştirak ediblər. Sonradan Çində müxtəlif qəsəbələrdə yaşayıb, universitetdə rus dili müəllimi işləyib və çinli qadınla ailə qurub.

Üç il sonra Əlimuradov SSRİ-yə təhvil verilib. 1990-cı il iyunun 21-də Yakutskda sovet qanunvericiliyinə əsasən daha beş il müddətinə azadlıqdan məhrum edilib.

Qaçırılan AN-24 təyyarəsi 1986-cı ilin yanvarında Sovet İttifaqına qaytarılıb. Təmirdən sonra yenidən istismara verilib və 2000-ci ildə Yakutsk hava limanında istismardan çıxarılıb.

Məlumata görə, hazırda Şamil Əlimuradov sahibkarlıqla məşğuldur, "Vahid Rusiya" partiyasının üzvüdür. O, ailəlidir. Həbsdən çıxdıqdan sonra, ilk həyat yoldaşı Çində avtomobil qəzasında vəfat etdiyi üçün qızını da yanına gətirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 İyun 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri