Icma.az
close
up
RU
“Sovetski”də yeni Bakı: tarixi binalar qorunur, istismar müddəti bitən evlər sökülür REPORTAJ

“Sovetski”də yeni Bakı: tarixi binalar qorunur, istismar müddəti bitən evlər sökülür REPORTAJ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Avtomobilimiz “Azdrama”nın yanı ilə üzüyuxarı qalxır. Qarşımızda açılan geniş mənzərə göz oxşayır. Park boyu salınmış yaşıllıq, hündür ağaclar, altından keçdiyimiz beton körpünü təzə paltar sevinci ilə bəzəmiş sarmaşıqlar könül açır. Çox yox, cəmi 10 il əvvəl bura ilə qalxanda başqa mənzərə ilə qarşılaşırdın. Dar küçələr, sağda-solda parklanmış maşınlar, kələ-kötür yollar, ürək sıxan, rütubətli, dar dalanlar və bütün bunları dörd tərəfdən əhatə eləmiş, üzündən nimdaşlıq yağan, hər cür naşı inşaat eksperimentlərini yara kimi bədənində daşıyan ikimərtəbə evlər. Daha onların heç biri yoxdur. Yerində geniş, sahmanlı Mərkəzi Park - Bakı sakinlərinin, həmçinin turistlərin sevimli məkanı salınıb.

Tarixi bina qorunur, istismar müddəti bitən ev sökülür...

Avtomobilimiz Təzə Pir məscidinin yaxınlığında dayanır. Çağdaş dövrün texnoloji dili ilə desək, təyin olunan yerə çatmışıq. Yəni Mustafa Sübhi 16 ünvanına. On addımlığımızda isti yay günəşinin də bir tərəfdən qızdırıb qaynar sobaya döndərdiyi yorğun sarı ekskavator artıq xeyli hissəsini sökdüyü evin dağıntıları üzərində ağır-ağır gəzişir, sökdüyü daş-kəsəyi, dəmir-taxta qalıqlarını bir tərəfə toplayır, yeni hədəf axtarışı ilə özünə yol açır. Qarşı tərəfdə isə qədim tarixi binanın fasadında “lesa” qurulub, bərpa işləri aparılır. Günorta fasiləsinə çıxan ustalar tində dincəlirlər. Hamının gözü ekskavatordadır. Eyni ərazidə həm tikinti gedir, həm də söküntü. Tarixi bina qorunur, şəhərin görünüşünə xələl gətirən, istismar müddətini başa vurmuş ev isə sökülür.

Yasamal rayonunun “Sovetski” adlanan bu ərazisində istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə hələ 2010-cu illərin ortalarından başlayıb. Yekunda isə ərazidə şəhərin mərkəzinə təkcə estetik baxımdan deyil, ekoloji baxımdan da məziyyətlər qazandıran Mərkəzi Park salınıb. 2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Hazırda isə Parkın dördüncü hissəsinin salınması prosesi gedir. Buna görə də Təzə Pir məscidi yaxınlığındakı istismar müddətini başa vurmuş köhnə binalar sökülür. Gəzə-gəzə növbəti məntəqəyə - Mirzə Fətəli Axundzadə 6 ünvanına gəlirik. Qarşımıza üstü nömrələnmiş, sökülmə növbəsini gözləyən evlər çıxır. Axundzadə 6-dakı evi də artıq sakinləri tərk edib. Qoca bina ekskavatoru- sökülmə növbəsini gözləyir.

Mərkəzi Parkın sahəsi 35,4 hektara çatıb

Bizi ərazidə görülən işlərlə Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə tanış edir. Onun sözlərinə görə, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan mövcud proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

“Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi 35,4 hektara çatıb”, - bunu da Elnur Abbaszadə deyir.

Elnur müəllimin sözlərinə görə Park Təzə Pirə qədər uzanacaq, yaşıllıq salınacaq, üstəlik süni göl qurulacaq: “Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb”.

Söhbət edə-edə Tolstoy 95, Vidadi 37 ünvanlarında aparılan söküntü işləri ilə də maraqlanırıq. Vidadi 37 ünvanında yerləşən evin də artıq divarlarının bir hissəsi sökülüb. Yaxınlığında üzü naxışlı-işləməli qədim bina var.

- Bu da söküləcək? – Sual edirəm.

- Yox- yox, - Elnur müəllim etiraz edir. – Tarixi binalar, əlbəttə, yerində qalacaq.

- Bu, söküləcək, bu biri yox, o gördüyün söküləcək, amma onun yanındakı yox, - Elnur müəllim əlini tuşladığı binalara baxıram, söküləcək olanlar yeni tikililərdir, xalq dili ilə desək artırmalardır – memarlıq özfəaliyyətləri.

Tarixi binalar isə yerində qalacaq, hətta bəziləri bərpa edilərək, sosial-ictimai həyata yenidən qazandırılacaq.

“Hazırda davam edən söküntü işləri Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir”, - Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri sözünə yekun vurur.

Bizsə burada görülən işlərlə tanışlığı yekunlaşdırıb ərazini tərk edirik. Gözümüzü açıb-yumacağıq - heç bilməyəcəyik inşası nə vaxt başladı, nə vaxt bitdi - bir də görəcəyik Təzə Pirin ətrafında axarlı-baxarlı yeni bir park salınıb.

Bakının mövcud hissəsində təkcə “Sovetski” adlanan ərazi tarixə qovuşmur, həm də müstəqil Azərbaycanın öz Bakısının modern çalarlı tablosu yaranır. Bu tabloda görünən Bakı sovetlərin bütün toz-torpağını üzərindən çırpmış, müasir urbanistik tələblərə cavab verən, dünyanın dörd tərəfindən turistləri heyrətə gətirən modern möcüzədir.

Foto: Rüfət Mustafayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri