Soydaşımız erməni rəqibinə qalib gələrək 1ci yerə çıxıb FOTOlar
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Kutaisi şəhərində Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş, 15 və 17 yaşlılar arası yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, turnirdə Gürcüstanın regionları ilə yanaşı Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan 400-dən çox idmançı iştirak edib.
Yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















