Icma.az
close
up
RU
Soydaşlarımızın Gürcüstanda uşu san çempionatında uğuru...

Soydaşlarımızın Gürcüstanda uşu san çempionatında uğuru...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Tbilisidə uşu-sanda üzrə IX Gürcüstan çempionatı keçirilib. Çempionatın ilk günü soydaşlarımız üçün uğurlu olub.

SİA xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımız çempionatda ilk dəfə geniş tərkibdə iştirak ediblər.

Gürcüstanın İdman və Gənclər Nazirliyi, Gürcüstan Uşu-sanda Federasiyası və Çinin bu ölkədəki səfirliyinin birgə təşkil etdiyi çempionatda ölkənin bütün bölgələrindən, o cümlədən Kvemo-Kartli bölgəsinin Uşu-sanda Federasiyasının tərkibindəki “Marneuli” və “Qaraçöp” klublarının yetirmələri iştirak edirlər.

Kvemo Kartli bölgəsinin Uşu-sanda Federasiyasının prezidenti, dəfələrlə SSRİ, Avropa və ikiqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası, əməkdar məşqçi Canpolat Budaqovun rəhbərliyi ilə çempionata 8 yaşdan yuxarı, 4 yaş kateqoriyasında və müxtəlif çəki dərəcələrində 32 azərbaycanlı uşaq, yeniyetmə və gənc qatılıb.

Çempionatın rəsmi açılışında çıxış edən Gürcüstan Uşu-sanda Federasiyasının prezidenti Qiorqi Musxalişvili azərbaycanlıların bu çempionatda iştirakını yüksək qiymətləndirib və idmançılarımıza uğurlar arzulayıb.

Sonra yarışlara start verilib.

Soydaşlarımıza ilk qızıl medalı 8 yaşlı Qeyrət Cəlilov qazandırıb. 25 kiloqram çəki dərəcəsində çıxış edən soydaşımız rinqdə rəqiblərinə heç bir imkan verməyib və qızıl medal qazanıb.

Ümumillikdə isə bu gün soydaşlarımız bir neçə medal qazanıblar.

Çempionat aprelin 17-də başa çatacaq.

Qeyd edək ki, Gürcüstan kuboku gələcək beynəlxalq turnirlərə aparan yolun başlanğıcıdır. Yarışdan sonra məşqçilər üçün seminarlar və hazırlıq toplanışları keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri