Icma.az
close
up
RU
Bakıda dələduzluq: Zərərçəkənin evi və avtomobili əlindən alındı

Bakıda dələduzluq: Zərərçəkənin evi və avtomobili əlindən alındı

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhər sakini Cabbarov Xəyal İsaq oğlu özlərini iş adamı kimi təqdim edən ata-bala İmanov Sadiq və İmanov Sahil tərəfindən aldadılaraq şəxsi əmlakı əlindən alınıb.

Bu barədə Doğru.az-a şikayət xarakterli məlumat ünvanlanıb.

Şikayətçi bildirir ki, İmanov Sadiq və İmanov Sahil əvvəlcə Xəyal Cabbarova yalan vədlər verərək yaşayış evini satmasını istəyiblər.

Daha sonra onlar zərərçəkənə deyiblər ki, guya sənə 2-3 aydan sonra yeni mənzil alıb verəcəyik və iş qurmağa kömək edəcəyik.

Zərərçəkən şəxs isə qəssab köməkçisidir, maddi vəziyyəti aşağıdır.

Deyilənə görə, artıq 8 aydır ki, nə ev, nə də verilən vədlər yerinə yetirilib.

Həmin ərəfədə dələduzluğa məruz qaldığını başa düşməyən Xəyal Cabbarov onlara bir daha da müraciət edərək şəxsi avtomobilini satmaq istədiyini bildirib.

Onlar isə növbəti dəfə bu şəxsi aldadaraq deyiblər ki, həmin Hyundai Sonata markalı avtomobili bizə sat, üzərində də 10 min ABŞ dolları ver. Biz isə sənə Hyundai Santa-Fe markalı avtomobil verək.

Bu şəxs də yenidən dələduzluğun qurbanına çevrilərək onların dediyinə inanaraq avtomobili onlara satıb və əlavə 10 min ABŞ dollar pul verib.

Sözügedən avtomobili İmanov Sadiq və İmanov Sahil zərərçəkən Xəyal Cabbarova etibarnaməsiz veriblər.

Bu minvalla da onu bu cür 3-4 ay aldadıblar.

Xəyal da yaxınlarının təkidi ilə satdığı “Hyundai Sonata” markalı avtomobilin etibarnaməsini bu şəxslərə verməyib. Zərərçəkən dəfələrlə onlara zəng edib görüşmək təklifi etsə də, onlar buna məhəl qoymayıblar. Yalnız telefon vasitəsilə danışıq aparıblar.

Çarəsiz qalan Xəyal Cabbarov onlara sonda təklif edib ki, zorla satdığı evin pulunu geri qaytaracaqları təqdirdə, onlara Hyundai Sonata markalı avtomobilin etibarnaməsini verəcək.

Ata-balalar da Xəyaldan dələduzluq yolu ilə aldığı Hyundai Sonatanı başqa bir şəxsə satıblar. Bu şəxs də təsadüfən zərərçəkənin tanıdığı şəxs olub. Həmin şəxs də bu ata-baladan şikayətçidir.

Zərərçəkən Xəyal Cabbarov iddia edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, onun bu müraciətinə baxılmayıb.

Bundan başqa adıçəkilən şəxslər Allahverdiyev İxtiyar Tofiq oğluna qarşı da dələduzluq ediblər.

Belə ki, onlar Sumqayıt şəhərində yerləşən “Mustanq” avtosalonunun sahibi Anar Abbasovla əlbir olaraq, İxtiyar Allahverdiyevə 21 min manata sənədsiz maşın veriblər. Daha sonra isə İxtiyar Allahverdiyev məsələni aydınlaşdırmaq üçün avtosalona gedib.

Avtoslaondan dələduzluğa məruz qalan şəxsə bildirilib ki, istədiyi quruma şikayət edə bilər.

İxtiyar Allahverdiyevin sözlərinə görə, “Mustanq” avtosalonun sahibi də, Sadiq və Sahil İmanovlarla əlbir olaraq bu dələduzluğu həyata keçirib.

Şikayətçi buna səbəb kimi həmin dələduzların vəzifəli tanışlarının olduğunu və məsələyə baxılmaması üçün əllərindən gəldiyini etdiklərini göstərib.

Adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:620
embedMənbə:https://dogru.az
archiveBu xəbər 10 Dekabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri