Icma.az
close
up
RU
Söyüdlü yatağından hər il nə qədər vəsait əldə edəcəyik?

Söyüdlü yatağından hər il nə qədər vəsait əldə edəcəyik?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dağ-mədən sənayesinin inkişafı, mövcud yataqların səmərəli istismarı və mineral resursların iqtisadi dövriyyəyə cəlb edilməsi məsələsi yenidən gündəmə gəlib. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə “Söyüdlü” yatağı da əsas perspektivli layihələr sırasında qeyd edilib. Müşavirədə yataqda 1,03 milyon unsiya qızıl resursunun müəyyən edildiyi və ilk istehsalın 2028-ci ildə nəzərdə tutulduğu bildirilib.

Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Söyüdlü yatağının böyük hissəsi Azərbaycan ərazisində yerləşir və işğal dövründə yatağın məhz bu hissəsi intensiv şəkildə istismar edilib:

“Söyüdlü (Zod) yatağı 1993-2020-ci illərdə Ermənistanın işğalı altında olub. Ermənistan bu yatağı texnoloji normalara riayət etmədən, köhnə üsullarla intensiv şəkildə istismar edərək talan edib. Yatağın təxminən 75 faizi Azərbaycan ərazisində yerləşsə də, işğalçılar filiz hasilatını məhz bizim ərazidə yerləşən hissədə, əsasən açıq karxana üsulu ilə həyata keçiriblər. Məlumatlara görə, Ermənistan Söyüdlü yatağından hər il təxminən 52 milyon dollar gəlir əldə edib”.

Deputat qeyd edib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Söyüdlü yatağı üzərində ölkəmizin nəzarəti bərpa olunub:

“2026-cı ilin sentyabrından etibarən AzerGold QSC tərəfindən yataqda qanuni istismar prosesinə başlanılıb. Hazırda yatağın qalıq ehtiyatlarının təxminən 1,03 milyon unsiya, yəni 32 tondan çox qızıl təşkil etdiyi qiymətləndirilir. AzerGold QSC tərəfindən yataqda müasir texnologiyalar tətbiq edilməklə, müvafiq texnoloji və ekoloji normalara riayət olunması əsasında hasilat həyata keçiriləcək”.

A.Bad­amovun sözlərinə görə, yatağın istismarından əldə olunan resurslar bundan sonra Azərbaycanın iqtisadi inkişafına və əhalinin rifahına xidmət edəcək:

“Təbii ki, bundan sonra Söyüdlü yatağının mineral xammal ehtiyatları Azərbaycan dövlətinin və xalqının rifahına, ölkəmizin iqtisadi inkişafına və dövlət büdcəsinə xidmət edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Sentyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri