Icma.az
close
up
RU
Soyuducuda saxladığımız bu məhsullar sağlamlığa qənim kəsilir AÇIQLAMA

Soyuducuda saxladığımız bu məhsullar sağlamlığa qənim kəsilir AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlərdə dondurulmuş qidaların insan sağlamlığına təsiri ilə bağlı narahatlıqlar artmaqdadır. Ekspertlər bildirirlər ki, düzgün saxlanmayan və ya uzun müddət istifadə olunan məhsullar gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov qeyd edib ki, düzgün istehsal, saxlanma və istifadə olunduqda dondurulmuş qidalar sağlamlıq üçün təhlükə yaratmır:
“Dondurulmuş qidalar düzgün istehsal, saxlanma və istifadə olunduqda sağlamlıq üçün təhlükə yaratmır. Əksinə, bu üsul qidanın uzun müddət qorunmasının ən təhlükəsiz yollarından biridir. Dondurma prosesi mikroorqanizmləri tam məhv etmir, sadəcə onların fəaliyyətini dayandırır. Əgər məhsul dondurulmazdan əvvəl artıq çirklənmişdirsə və ya gigiyenik qaydalara əməl edilməyibsə, bu problem dondurma zamanı aradan qalxmır. Əridildikdən sonra isə bakteriyalar yenidən aktivləşə bilər. Məhz buna görə bəzi hallarda qida zəhərlənmələri ilə dondurulmuş qidalar əlaqələndirilir və yanlış olaraq "təhlükəlidir" fikri formalaşır”.
Ekspert əlavə edib ki, ən ciddi risklərdən biri temperatur rejiminin pozulmasıdır:
“Dondurucuda -18°C və ya daha aşağı temperatur saxlanılmadıqda qidanın keyfiyyəti və təhlükəsizliyi azalır. Digər vacib məqam isə bir dəfə əridilmiş qidanın təkrar dondurulmamasıdır, çünki bu bakteriyaların çoxalmasına və toksinlərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, bəzi hazır dondurulmuş məhsullarda yüksək duz, şəkər və doymuş yağ miqdarı ola bilər ki, uzun müddətli istifadədə sağlamlıq üçün arzuolunmaz nəticələr yaradır”.
Fərid Səfərovun sözlərinə görə dondurulmuş qidalar yalnız etibarlı yerlərdən alınmalı, qablaşdırmasının bütöv olmasına diqqət yetirilməli və ev şəraitində gigiyenik, hava keçirməyən qablaşdırmada saxlanmalıdır.
“Əridilmə prosesi ya soyuducuda ya da birbaşa bişirmə zamanı aparılmalı, otaq temperaturunda uzun müddət saxlanmamalıdır. Sadə qida təhlükəsizliyi qaydalarına əməl etməklə dondurulmuş qidalar sağlam və təhlükəsiz şəkildə istifadə oluna bilər”.
Beləliklə, dondurulmuş qidalar özlüyündə təhlükəli deyil. Əsas risklər düzgün saxlanmama, keyfiyyətsiz məhsul seçimi və səhv əridilmə ilə bağlıdır.
Qeyd edək ki, dondurulmuş qidalarla bağlı risklər əsasən düzgün saxlanmama, təkrar dondurma və keyfiyyətsiz məhsul seçimindən qaynaqlanır. Sadə gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etməklə, bu məhsullar gündəlik rasionda sağlam və təhlükəsiz şəkildə istifadə oluna bilər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri