Icma.az
close
up
RU
Soyuq havada dərini qorumaq üçün məsləhətlər

Soyuq havada dərini qorumaq üçün məsləhətlər

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır.

Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saclarla assosiasiya olunur.

Bunu nəzərə alaraq Azertag.az dermatoloq və kosmetoloqların məsləhətlərini təqdim edir.

Qış aylarında çox isti vanna və duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qorunmasını yaxşılaşdırır. Belə havada duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq suyun altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını təmizləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez ifraz olunmasına və qanın təmizlənməsinə kömək edir. Masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı lazımi krem, lasyon və yağlardan istifadə etmək məsləhətdir. Bir qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşaldılmasına səbəb olur.

Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq havalı günlərdə də qoruyucu kremlərdən istifadə edilməsi məsləhətdir. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə də quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri nəm olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.

Soyuq günlərdə üz dərisinə xüsusi diqqət göstərmək tələb olunur. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulan nəmləndirici krem çəkilməlidir. Kremin tərkibində qliserin, lanolin, mineral və yağ olması daha yaxşıdır. Qliserin dəri üçün qoruyucu rol oynayır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır.

Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı 1 saat şaxtaya çıxmaq məsləhət deyil.

Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir. Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama girmək imkanı olmayanda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir.

Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başı dəsmalla bürümək olar. Daha sonra üzü qurudaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır. Üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri