Icma.az
close
up
RU
Soyuq havada düzgün qidalanma: Bədənimizi necə isti saxlayaq? Həkimdən VACİB MƏSLƏHƏTLƏR

Soyuq havada düzgün qidalanma: Bədənimizi necə isti saxlayaq? Həkimdən VACİB MƏSLƏHƏTLƏR

Icma.az, Olke.az saytına istinadən bildirir.

Soyuq havalar insan orqanizminin enerjiyə olan tələbatını artırır. Xüsusilə qarlı-şaxtalı günlərdə bədən temperaturunu qorumaq üçün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir.

Bəs belə havalarda necə qidalanmalıyıq?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı diyetoloq-həkim Ləman Süleymanova Musavat.com-a danışıb:

“İnsan orqanizmi hər fəslə uyğun olaraq öz balansını yeniləyir. Xüsusilə payız və qış aylarında havalar soyuduqca orqanizmin enerjiyə olan tələbatı artır. Bunun əsas səbəbi immun sistemimizin ətraf mühitin təsirlərinə qarşı mübarizə aparmasıdır. Beyin immunitet sistemi ilə əlaqə quraraq orqanizmin müdafiə mexanizmlərini aktivləşdirir və bunun üçün əlavə enerji tələb olunur. Qış fəslində orqanizmin sağlam qalması üçün əsas məqsəd zülal, yağ, karbohidrat, vitamin və minerallarla zəngin qidalar qəbul etməkdir. Soyuq havalarda bədənimizi güclü saxlamaq və immuniteti dəstəkləmək üçün balanslı və rejimli qidalanma vacibdir. Günün ən vacib yeməyi səhər yeməyidir. Xüsusilə qış aylarında səhər menyosu enerji ilə zəngin olmalıdır. Həftədə ən azı 4 gün səhər yeməyində yumurta olmalıdır. Çünki yumurta orqanizm üçün lazım olan zülal və digər vacib elementlərlə zəngindir”.

Diyetoloq-həkim qeyd edib ki, ət və balıq məhsulları soyuğa qarşı effektiv müdafiədir:

“Qış aylarında qırmızı ət çox vacibdir, çünki dəmirin əsas mənbələrindən biridir. Bu, xüsusilə immun sistemi zəif olan, anemiyadan əziyyət çəkən və ya qan azlığı olan insanlar üçün önəmlidir. Uşaqların və yaşlıların menyusunda qırmızı ətə yer verilməlidir.

Bundan əlavə, balıq məhsulları da qış rasionunda olmalıdır. Balıq əti və dəniz məhsulları Omeqa-3 ilə zəngindir və bu, orqanizm üçün çox əhəmiyyətlidir. Qış aylarında Omeqa-3 daha yaxşı mənimsənilir və immun sistemini gücləndirir. Qışın ən faydalı meyvələri sitrus meyvələridir (portağal, naringi, limon). Onların tərkibindəki C vitamini orqanizmin immun sistemini möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və soyuqdəyməyə qarşı qoruyucu rol oynayır.

Qış fəslində meyvələri günün ilk yarısında - saat 5-ə qədər yemək daha faydalıdır. Çünki bu saatdan sonra meyvələrin tərkibindəki təbii şəkərlər orqanizmdə enerjini aşağı sala və həzm prosesini çətinləşdirə bilər. Tərəvəzlərə gəlincə, axşam yeməklərində yüngül tərəvəz şorbaları və ya bişmiş tərəvəzlərə üstünlük vermək tövsiyə olunur. Tərəvəzlər liflə zəngindir və bağırsaqların sağlam fəaliyyətini dəstəkləyir”.

Ləman Süleymanova bildirir ki, qış fəslində yağlı yeməklərdən tam imtina etmək düzgün deyil:

“Yağlar bağırsaq mikroflorasının normal fəaliyyəti üçün vacibdir və metabolizmin sabit işləməsinə kömək edir. Lakin burada əsas məsələ düzgün yağları seçməkdir - zeytun yağı, kərə yağı kimi təbii yağlara üstünlük verilməlidir.

Yağsız qidalanma orqanizmiz "ac" qoyur və nəticədə bədən zərərli yağları ehtiyatda saxlamağa başlayır. Bu da xolesterolun yüksəlməsinə və daxili orqanların yağlanmasına səbəb ola bilər. Ona görə də, yağlı yeməkləri balanslı şəkildə qəbul etmək vacibdir.

Qış fəslində düzgün qidalanma orqanizminizi gücləndirir, immun sisteminizi qoruyur və sizi soyuqdəymə və digər xəstəliklərdən müdafiə edir. Səhər yeməklərinizi zəngin edin, qırmızı ət və balıq məhsullarını menyunuza daxil edin, sitrus meyvələrindən faydalanın və yağlı qidaları ağılla seçin.

Qış aylarını sağlam və enerjili keçirmək üçün qidalanmanızı balanslı və şüurlu şəkildə planlayın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri