Icma.az
close
up
RU
“Soyuq qış günlərində Avropaya qaz ixracatını artıran Azərbaycan idi” Deputat Yeni Çağ Media

“Soyuq qış günlərində Avropaya qaz ixracatını artıran Azərbaycan idi” Deputat Yeni Çağ Media

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

“Azərbaycanı “petrostate” adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə Prezident İlham Əliyev tutarlı cavab versə də, bir sıra xarici mətbu orqanlar öz fəaliyyətlərini davam etdirirlər”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan uzun müddət Avropa İttifaqının, eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhfə hələ də davam etdirilir:

“Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran məhz Azərbaycan idi. Ölkəmizi “petrostate” adlandıran mətbu orqanlarının nəşr olunduğu dövlətlərin demək olar hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəniki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı “petrostate” adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür”.

Deputat bildirib ki, Azərbaycan mavi qaz hasilatının həcminə görə də dünyada ilk iyirmilikdə yer almır: “Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə ABŞ birincidir. Kanada isə ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir. Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur. 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azladılacaq. Yer gəlmişkən, qlobal karbon emssiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda, bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada isə 1.52 faizdir”.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri