Icma.az
close
up
RU
Soyuq qışın isti məkanı Soyuq əllər, isti ürək Xəbər saytı Son xəbərlər və Hadisələr

Soyuq qışın isti məkanı Soyuq əllər, isti ürək Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Soyuq qışın isti "küncü": "Soyuq əllər, isti ürək"

Bu gün hamı kimi biz də bütün Bakının açılışını səbirsizliklə gözləyən "Soyuq əllər, isti ürək" yarmarkasına getdik. Qışı unudub, necə deyərlər qəlbimizin istiliyi ilə soyuq əllərimizi isidəcəyik burada.

Qeyd edək ki, yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində "Nargis" Fondu tərəfindən keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Yarmarkadan toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com veb-saytı və sosial şəbəkə hesablarında paylaşılır.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, "Azərişıq", Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları, E-point, Strafor Kəsim, Hazır Cavab-dır. "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası sponsor - "Pasha Holding", "Azercell", "Coca-Cola", "Birbank", "R Group Holding", "Haribo", "Ozmo", "Tess", "Lays", "Nesquik", "Pampers", "Eatme", "Chocolatier", "Fettycheese", Vyana Şokolad Evi, Xırta-Xırt, "Corndogs", Atabey Çiğköfte şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd ikimərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri