Icma.az
close
up
RU
Söz adamı... Sülh adamı Şövkət Zərin Horovlu 85

Söz adamı... Sülh adamı Şövkət Zərin Horovlu 85

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların taleyi ilə yaratdıqları əsərlər bir-birinin içində əriyib tək bir bütöv olur. Ömrünü həm fədakar bir ana, həm də sözün keşiyində duran cəsarətli bir söz adamı kimi yaşayan Şövkət Zərin Horovlu (Şövkət Qulam qızı Hüseynova) məhz belə sənətkarlardandır. Onun yaradıcılığı sadəcə kağız üzərinə köçürülmüş sətirlər deyil, doğma yurdun - Cəbrayılın, Horovlu kəndinin, kəhrizlərin və ulu çinarların danışan dilidir.

...Yaşı bir əsri haqlamaqdadı. İnşallah, 100 illik yubileyini də qeyd etmək nəsibimiz olar. Həmkarım və qonşum, dostum və sirdaşım Şəmsiyyə Kərimova ilə onu ziyarət etməyi planlasaq da, heç cür alınmırdı. Bu gün-sabah arasında qalmışdıq. Bir gün hökmlü səsiylə filan gün evdə gözləyirəm sizi, - dedi. Əlavəsi də vardı: "Bilirsiz darıxmışam sizin üçün".

Getdik və çox maraqlı bir gün yaşadıq. Süfrə arxasında danışdıq, güldük, kövrəldik, susduq, suallar yağdırdıq, söhbətlərini lentə aldıq, şeirlərini öz dilindən dinlədik, həyat yoluna və yaradıcılığına səyahətə çıxdıq... Öyrəndik ki, yaradıcılığa şeirlə başlayan şair daha sonralar düşüncələrini, yaradıcı təxəyyülünü, beynindəki müxtəlif səpkili fikirləri və yaşadığı dövrün qarmaqarışıq hadisələrini şeirlərə sığdıra bilməyib. Özünü nəsrdə daha rahat və geniş ifadə edə biləcəyini düşünüb və bu qərarında yanılmayıb da. Amma şeir yazmaqdan da vaz keçməyib.

Tanınmış şair, yazıçı, vətənpərvər insan, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şövkət Zərin Horovlunun yaradıcılığının mühüm məhək daşı və əsas qırmızı xətti müharibə mövzusudur. Çünki müəllif  85 illik həyatı boyu üç fərqli müharibənin ağrısını və acısını birbaşa yaşayıb və bu yaşantıları yazdığı bədii əsərlərinə köçürə bilib.

İkinci Dünya savaşı (Böyük Vətən müharibəsi). Yazıçının uşaqlıq illəri bu çətin dövrün maddi və mənəvi məhrumiyyətləri içərisində keçib. Müharibə illərində doğulsa da, o dəhşətləri dərk eləmək yaşında olmasa da, müharibənin doğurduğu məhrumiyyətləri, insanlara yaşatdığı ağrı-acıları, dəhşətləri, aclığı, səfaləti balaca canıyla çəkmiş və bu günədək beyninin bir küncündə saxlamaqdadır. Daha doğrusu, o saxlamasa da, müharibənin onun uşaq qəlbində açdığı həmin sağalmaq bilməyən yaralar bu gün də canını yaxmaqdadır.

Ailə həyatı qurduqdan sonra ömür-gün yoldaşının işi ilə əlaqədar Əfqanıstana (1977-1980-ci illər) köçüblər və bu dönəmdə həyatının müharibəli ikinci dönəmini yaşamalı olub. Əfqanıstan reallıqları, orada baş verən qanlı vətəndaş müharibəsi, daxili iğtişaşlar, sovet qoşunlarının Kabil şəhərində törətdikləri özbaşınalıqlar gənc bir yazıçı kimi onun yaradıcılığından səssiz-səmirsiz yan ötə bilməzdi. İlk irihəcmli əsərlərindən olan “Açılmamış zərf” adlı povestində Şövkət xanım bütün bu dəhşətləri ürək ağrısı və iti qələmiylə yaradıcı fantaziyasının süzgəcindən keçirərək çoxsaylı oxucularına təqdim edib. Maraqlı tarixi və siyasi süjetə malik “Axırıncı gediş” romanında isə həm Güney Azərbaycandakı milli azadlıq hərəkatı, həm də Əfqanıstandakı hadisələr yazıçının güclü təxəyyülünün məhsulu kimi oxucu marağına səbəb olub. Vaxtilə şah rejiminə qarşı üsyan edib sonradan mübarizələrini Əfqanıstanda davam etdirən və sonda faciəvi tale yaşayan soydaşlarımızın keşməkeşli həyatlarını qələmə alan yazıçı bu əsərdə həmçinin XIII əsrdə Nadir şah Əfşarın yürüşləri zamanı Əfqanıstan ərazisində məskunlaşan Qızılbaş türklərindən də bəhs edir. Müəllifin xatirələrindən bəhs edən “Tale yolu” romanında da Əfqanıstan illəri, qürbət həyatı, yerli əhalinin məhrumiyyətlərlə dolu yaşam tərzi və orada qarşılaşdığı fərqli insan taleləri qələmə alınıb. Şövkət xanım Əfqanıstan müharibəsinə çoxlu şeirlər də həsr edib. Bu şeirlər onun “Seçilmiş əsərlərində” yer alıb.

Şahidi olduğu üçüncü savaş isə doğma yurdunda, Azərbaycanda mənfur qonşuların - ermənilərin törətdikləri vəhşiliklər və ağlasığmaz dəhşətlərlə dolu təxminən 30 ili əhatə edən uzun müharibədir. Müəllif “Ömür nağılı” adlı xatirə romanında ermənilərin Qarabağa köçürülməsindən sonra Horovluda, ətraf rayon və kəndlərdə, bütövlükdə Qarabağda baş verən tarixi prosesləri bir şahid, həmçinin ziyalı kimi əhatəli qələmə alıb.

“Arazdan gələn səslər” adlı romanda müəllif Azərbaycan ərazilərinin ikiyə bölünməsi nəticəsində xalqımızın yaşadığı bitməz həsrəti, həmçinin Qərbi Azərbaycandakı yurd yerlərindən deportasiya olunmuş soydaşlarımızın çəkdikləri ağrı-acıları məharətlə, yüksək təhkiyə ilə dastanlaşdırıb.

“Heykəlləşən qatar”, “Əbədi bayraq kimi”, “Oğulların gəlir, ana!”, “Çinar həsrəti”, “Dünya, səndən nigaranam”, “Qarabağ Azərbaycandır!” və digər şeirlərində də Qarabağ problemini, Şuşa və Xocalı faciələrini, 44 günlük Vətən müharibəsində qazanılan qələbəni geniş təsvir edib.

Şövkət xanım hara getsə də - istər Bakının izdihamlı küçələrində, istər Əfqanıstanın od-alovlu yollarında, istərsə də Avropanın soyuq şəhərlərində - ruhunda həmişə Arazı, Xudafərini, Qarabağı, ümumilikdə  Vətəni daşıyıb. O, "Vətən, səni sevmişəm" deyərək, yurd həsrətini və millətin mənəvi ağrılarını öz daxilindən keçirib bədii ədəbiyyata tökən istedadlı yazıçıdır.

Şövkət Zərin təkcə qələmi ilə deyil, həm də mübariz, cəsur və vətənpərvər xarakteri ilə seçilən yazardır. Keçdiyi mürəkkəb həyat yolu, yaşadığı çətinliklər və ağrı-acılar onun yaradıcılığını cilalayıb, qəlbində sönməyən bir işıq yandırıb. Bu işığın şöləsində oxucu qəlbini fəth edən əsərlər yarada bilib. Müəllifin istər nəzm, istərsə də nəsr əsərlərinin dili olduqca sadə, canlı, özünəməxsus, xalq leksikonuna yaxındır. Onun əsərlərində insan sanki özünü tapır, çünki yazıçı təsvir etdiyi hadisələrin kənar müşahidəçisi deyil, iştirakçısı və canlı şahididir.

Şövkət Zərin Horovlu sözün ucalığından boylanan vətəndaş mövqeyini, sənətkar dözümünü, ziyalı baxışını və sonsuz yurd sevgisini əsərlərində sevə-sevə tərənnüm edən və oxucuya bədii formalarda məharətlə çatdıran yazardır.

İstedadlı yazar Şövkət xanım həyatına gətirdiyi qaranlığa təslim olmayaraq öz əsərləri ilə oxucunun qəlbində işıq yandırmağı bacaran və yaşanan faciələri yüksək bədii ədəbiyyata çevirən dəyərli sənətkarlardandır. Məhz buna görə də onu mübaliğəsiz SÖZÜN İŞIĞINDA YAŞAYANLAR adlandıra bilərik. Və bu işıqda daha neçə-neçə yeni əsərlərini yazıb oxucularının görüşünə gələcək.

Əntiqə Qonaq,

Əməkdar jurnalist

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri