Icma.az
close
up
RU
...Həm də diplomatiya savaşının zəfəri

...Həm də diplomatiya savaşının zəfəri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

8 Noyabr – tarixi ədalətin və milli ləyaqətin bərpası günü

8 Noyabr Azərbaycanın diplomatik müdrikliyinin, strateji səbrinin və milli iradəsinin qələbəsidir. Vətən müharibəsində əldə olunan parlaq qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, lakin bu qələbə yalnız cəbhə xəttində deyil, diplomatik masada da qazanıldı. Zəfər Günü – döyüş meydanında cəsarətin, beynəlxalq arenada isə siyasi uzaqgörənliyin simvoludur.

Zəfərin ən mühüm mənəvi və siyasi dəyəri ondan ibarətdir ki, Azərbaycan qələbədən sonra da məsuliyyətli güc kimi davrandı. Qələbə ölkəni ədalətli nizam qurmaq məqsədinə yönəltdi. Müharibədən dərhal sonra Azərbaycanın qarşısında dayanan ən çətin və zəruri missiya diplomatik məkanın yenidən qurulması idi. Hərbi əməliyyatların dayandırılması ilə yeni bir diplomatik oyun meydanı açıldı. Qələbə əldə edən tərəf kimi Azərbaycanın davranışı burada bütün region üçün presedent xarakteri daşıyırdı.

Azərbaycan müharibədən sonra barış ritorikasına keçidlə faktiki olaraq yeni bir diplomatik fəlsəfə yaratdı, “müharibədən sonrakı sülh diplomatiyası” fəlsəfəsi. Müharibəyə qədər diplomatiya ədalətin bərpası üçün vasitə idisə, müharibədən sonra o, sabitliyin qorunması üçün siyasi mexanizmə çevrildi. Prezident İlham Əliyevin qələbədən sonrakı çıxışlarında səslənən “biz keçmişin dustağı deyilik, gələcəyə baxırıq” tezisi bu siyasətin məzmununu dəqiq ifadə edir.

Azərbaycanın sülh diplomatiyası hərbi gücə arxalanan, lakin zor tətbiqini siyasətin alətinə çevirməyən bir modeli ifadə edir. Sülh təşəbbüsləri kontekstində Azərbaycanın davranış tərzi Qafqazda geosiyasi balansın əsas tənzimləyicisinə çevrildi. Müharibədən dərhal sonra Bakı regionda açıq kommunikasiya, iqtisadi inteqrasiya və qarşılıqlı asılılığa əsaslanan yeni əməkdaşlıq modelini təklif etdi. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanan sülh razılaşması uzunmüddətli diplomatik xəttin məntiqi nəticəsi oldu. Vaşinqton mərhələsi göstərdi ki, Qafqazda sülh artıq beynəlxalq gündəliyin tərkib hissəsidir. Azərbaycan bu mərhələdə emosional ritorikanı kənara qoyaraq, real güc balansına əsaslanan diplomatik sistem qurdu. Yeni mərhələdə Bakı regiondakı güc mərkəzləri arasında incə tarazlığı qorumağı bacardı. Rusiya ilə münasibətlərdə açıq qarşıdurmadan qaçaraq, onun təsirini diplomatik yolla məhdudlaşdırdı; sülhməramlıların mərhələli şəkildə çıxarılması buna nümunədir. Türkiyə ilə əməkdaşlıq isə hərbi müttəfiqlikdən diplomatik sinerjiyə keçdi. Eyni zamanda, Qərblə enerji və kommunikasiya layihələri üzərindən qarşılıqlı asılılıq yaradıldı ki, bu da balanslaşdırılmış təsir sisteminin təməlini qoydu.

Bakı Ermənistan üçün iqtisadi inteqrasiyanın, İran üçün sərhəd sabitliyinin, Gürcüstan üçün enerji tranzit təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Qlobal miqyasda Azərbaycan çoxqütblü sistemin tələblərinə uyğun davranaraq, nə bir blokun üzvü, nə də marjinal mövqedə olan ölkə kimi çıxış etdi. BRICS+ və Qlobal Cənub kimi formatlara açıq olmaqla yanaşı, Qərb strukturları ilə də əməkdaşlığını saxladı. COP29-un Bakıda keçirilməsi ölkənin beynəlxalq məsuliyyət daşıyan aktor kimi tanınmasına xidmət etdi.

Azərbaycan diplomatiyası postmüharibə dövründə iki paralel xətdə hərəkət etdi: birincisi, regionda dayanıqlı sülhün beynəlxalq təminatını formalaşdırmaq; ikincisi, daxili səviyyədə milli birliyin, qələbə yaddaşının diplomatik kapitala çevrilməsi. Birinci istiqamət – sülhün beynəlxalq təminatı – Azərbaycan diplomatiyasının rasional düşünülmüş strateji xəttidir. Bakı yaxşı bilirdi ki, hərbi zəfər yalnız beynəlxalq səviyyədə tanındığı və hüquqi çərçivəyə salındığı zaman siyasi nəticəyə çevrilir.

Azərbaycanın postmüharibə diplomatiyasının strateji məntiqi iki əsas şərt üzərində quruldu: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi. Hər iki məsələ beynəlxalq hüququn və reallığın uzlaşdırılması üçün zəruri şərt idi. Minsk qrupunun faktiki fəaliyyətinin dayandırılması Azərbaycanın diplomatik səhnədə əldə etdiyi ən mühüm sistemli nailiyyətlərdən biridir. Qurum illərlə münaqişəni dondurmaq, status-kvonu legitimləşdirmək və “prosesin özünü məqsəd” kimi saxlamaq üçün alətə çevrilmişdi. Azərbaycan müharibədən sonra bu mexanizmin tarixi mənasını hüquqi və siyasi əsaslarla tam aradan qaldırdı. Əslində, Minsk qrupu 1992-ci ildə yaradılanda məqsəd münaqişənin sülh yolu ilə həllinə töhfə vermək idi. Amma zaman keçdikcə, bu format real vasitəçilik platformasından çox, geosiyasi maraqların toqquşma məkanına çevrildi. ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən bu qurum 30 il konkret nəticə əldə etmədi; əksinə, onun fəaliyyəti münaqişənin dondurulmasına, Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə “passiv legitimlik” qazanmasına xidmət etdi.

Azərbaycan üçün əsas dönüş nöqtəsi 2020-ci il müharibəsindən sonra baş verdi. Bakı diplomatik səviyyədə aydın şəkildə göstərdi ki, Minsk formatı artıq reallığa uyğun deyil, çünki onun predmeti – “Dağlıq Qarabağ münaqişəsi” – mövcud deyil. Prezident İlham Əliyevin “Minsk qrupu artıq tarixdə qalıb” bəyanatı bu siyasi reallığın hüquqi ifadəsi idi. Bundan sonra beynəlxalq təşkilatlar və aparıcı güclər artıq məsələyə “postmünaqişə dövrü” kontekstində yanaşmağa başladılar. Minsk qrupunun sıradan çıxması ilə Azərbaycan ilk dəfə Cənubi Qafqazda vasitəçisiz diplomatiya modelini həyata keçirdi. Bakı–İrəvan dialoqu birbaşa formatda baş tutmağa başladı, Brüssel və Vaşinqton görüşləri isə köhnə mexanizmin deyil, yeni regional reallığın nəticəsi idi. Beləliklə, Azərbaycan diplomatiyası uzun illər boyu beynəlxalq status-kvonu qoruyan vasitəçi institutları aradan qaldıraraq, öz sülh prosesini suveren diplomatik platformaya çevirdi.

Digər şərt – Ermənistan konstitusiyasında dəyişiklik – sülh müqaviləsinin real təminatı üçün hüquqi baza rolunu oynayır. Ermənistanın hazırkı konstitusiyasında “Dağlıq Qarabağ” ifadəsinin və ərazi iddialarının saxlanması, əslində, müharibənin bitməsinə baxmayaraq, revanşist hüquqi mühitin yaşamasına şərait yaradır. Azərbaycan diplomatiyası bu məsələni prinsipial şəkildə gündəmdə saxlayır: sülhün imzalanması hüquqi və ideoloji müstəvidə də təmin olunmalıdır. Azərbaycan diplomatiyası bu məsələyə sırf formal hüquqi məqam kimi deyil, siyasi sabitliyin fundamental təminatı kimi yanaşır. Çünki hər hansı beynəlxalq sülh sazişi yalnız tərəflərin hüquqi sənədlərində əksini tapan müddəalarla möhkəmlənəndə dayanıqlı olur. Əgər Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə qarşı iddialar qalırsa, bu, sabah həmin ölkədə hakimiyyət dəyişikliyi baş verdiyi zaman sülh sazişinin etibarsızlaşdırılması üçün ideoloji əsas kimi istifadə oluna bilər.

Diplomatik baxımdan, Bakı bu tələbi irəli sürərkən beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edir. Bu yanaşma həm də BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunan prinsiplərlə tam uzlaşır. Azərbaycan aydın şəkildə bildirir ki, Ermənistanın konstitusiyasındakı iddialar yalnız Bakıya qarşı deyil, həm də beynəlxalq hüquqa yönəlmiş ziddiyyətli normadır.

İkinci istiqamət isə milli birliyin diplomatik kapitala çevrilməsi – daxili həmrəyliyin beynəlxalq səviyyədə yumşaq gücə transformasiyası idi. Azərbaycan diplomatiyası Zəfəri milli özünüdərkin və dövlət legitimliyinin yenilənməsi kimi təqdim etdi. Müharibə dövründə yaranan milli həmrəylik, Prezident İlham Əliyevin rəhbərliyində dövlət və xalqın bir amal ətrafında birləşməsi postmüharibə mərhələsində diplomatik dildə güclü ideoloji arqumentə çevrildi. Azərbaycan bu ideoloji üstünlüyü beynəlxalq tribunalarda “ədalətli sülh”, “reinteqrasiya” və “postmünaqişə inkişafı” anlayışları ilə birləşdirdi. Qarabağda aparılan bərpa işləri, köçkünlərin qayıdışı və yeni iqtisadi zonaların yaradılması ölkənin sülh gündəliyinin real ifadəsinə çevrildi. Nəticə etibarilə, bu iki paralel xətt – beynəlxalq təminat və milli konsolidasiya – Azərbaycanın postmüharibə diplomatiyasını formalaşdıran əsas sütunlara çevrildi.

Bu gün Azərbaycanın diplomatiyası “postzəfər dövləti” modelinin daşıyıcısıdır. Azərbaycanın yeni diplomatik identiteti həm də regionda barışın psixoloji əsasını yaradır. Bu gün Zəfər Günü həm də bir dövlət məktəbi, liderlik, diplomatiya və milli birliyin harmoniyasını öyrədən dərsdir. Azərbaycan sübut etdi ki, XXI əsrin beynəlxalq münasibətlər sistemində qalıcı qələbə siyasi ağlın məhsulu ola bilər. Zəfərin fəlsəfəsi bu anlayışı praktik reallığa çevirdi: ədalət bərpa olundu, amma diplomatiya qalib gəldi.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri