Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Söz qalasının mədəni strategiyası

Söz qalasının mədəni strategiyası

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəhilə SADIQOVA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi "Doktorantura və elmi inkişaf"  şöbəsinin elmi işçisi

Bakının lap mərkəzində bu şəhərin simvollarından birinə çevrilmiş bir qala ucalır. Qala deyirəm, çünki öz təyinatına görə elə əsl qala missiyasını yerinə yetirir - keşikdə dayanır. Ancaq daşı, kərpici, qalın divarları ilə deyil. Onun silahı malik olduğu qiymətli sənədlər, həqiqəti hayqıran əlyazmalar, dəyərli tarixi əşyalar, mühafizləri isə bütün bunları tədqiq, təqdim və təbliğ edən ziyalılardır. Söhbət Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən gedir.

Hər bir xalqın yüzilliklər boyu cilalanmış ədəbiyyat, incəsənət və mənəvi dəyərlərinin sintezindən yaranmış mədəni irsi onun tarixi və milli kimliyini, zəngin ruhunu ayna kimi özündə təcəssüm etdirir. Təsadüfi deyildir ki, mədəni irs nümunələrinin qorunması olduqca mühüm əhəmiyyət kəsb edir və beynəlxalq hüquq müstəvisində bu məsələyə böyük diqqət ayrılır.

Otuz ilə yaxın davam edən Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağ ərazisində Azərbaycan mədəniyyətinə, tarixinə mənsub bir sıra əsrarəngiz abidələr təcavüzə məruz qalmış, muzeylər qarət olunmuş, nadir sənət inciləri talan edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olunur ki, işğal dövründə ələ keçirilmiş ərazilərimizdə 22 muzey dağıdılmış, on minlərlə dəyərli və nadir eksponat ya məhv edilmiş, ya Ermənistana göndərilmiş, ya da dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda satışa çıxarılmışdır. Sadalanan əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasına səbəb olmuş, Qarabağda mədəni irsin hüquqi müdafiəsini ciddi şəkildə şərtləndirmişdir.

Azərbaycan qanunvericiliyinə əsasən, mədəni sərvətlərin qorunması dövlətin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsi dövlətə mədəni sərvətlərin mühafizəsini təmin etmək və vətəndaşların tarixi-mədəni dəyərlərə çıxış hüququnu qorumaq öhdəliyini müəyyən edir. Bu müddəalar "Mədəni irs haqqında" qanunda daha ətraflı şəkildə açıqlanır və mədəni irsin qorunması, bərpası və ictimaiyyət üçün əlçatanlığının təmin edilməsi dövlətin prioritetlərindən biri kimi təsbit olunur.

Məsələyə beynəlxalq hüquq müstəvisində baxıldıqda isə mədəni irsin mühafizəsi sahəsində iki əsas sənəd xüsusilə əhəmiyyət kəsb edir. Bunlar 1954-cü ildə qəbul edilmiş "Haaqa Konvensiyası" və UNESCO-nun 1972-ci il "Dünya Mədəni və Təbii İrsinin Qorunması haqqında" konvensiyasıdır. Bu konvensiyalar müvafiq olaraq silahlı münaqişə dövründə mədəni sərvətlərin müdafiəsinə və dünya əhəmiyyətli mədəni-təbii irs obyektlərinin qorunması üzrə beynəlxalq əməkdaşlığa dair əsas hüquqi çərçivəni müəyyən edir.

Mədəni irsimizə qarşı törədilmiş cinayətlərin dünyaya tanıdılması və onların hüquqi status qazanması məsələsi istiqamətində aparılan fəaliyyət bu gün də davam etdirilir. Lakin iş yalnız qanunlarla bitmir.

Qarabağ mədəni irsinin qorunması, təbliğ olunması və gələcək nəsillərə ötürülməsi, nəinki dövlətin, eləcə də elm və mədəniyyət sahəsində çalışan hər bir vətəndaşın mənəvi borcu, əsas missiyalarından biridir. Məhz bu missiyanın mühüm icraçılarından olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün təkcə nadir eksponatların sərgiləndiyi bir məkan deyil. Bura həm də Qarabağın mədəni iztirablarını danışmaqla yanaşı, onun qürurverici dirçəlişini tərənnüm edən, xalqımızın yaddaşının bərpa olunduğu, əcnəbilərin isə bizi daha yaxından və daha doğru şəkildə tanıdığı mühüm elmi-mədəni mərkəzdir.

Məlum olduğu kimi, işğal dövründə muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialında saxlanılan qiymətli sənət nümunələri - xalçalar, miniatürlər, rəsm əsərləri erməni vandalizminin qurbanına çevrilmişdir. Lakin bütün bu itkilərə baxmayaraq, Qarabağ mədəniyyətini susmağa qoymayanlardan biri də elə Nizami Muzeyidir. Muzeyin eksponatları arasında Qarabağ xanlığının qurucusu - Pənahəli xana məxsus "Gülləbatmaz köynək" və fərmanlar, Xan qızı Natəvanın tikmələri, Vaqif məqbərəsinin maketi, Cavanşirlər nəslinin ailə yadigarları və Qarabağ mühitinin dahi şəxsiyyətlərinə məxsus xatirələr bir xalqın mədəniyyət uğrunda mübarizəsinin canlı şahidləridir. Burada geniş izahat müşayiəti ilə nümayiş olunan hər bir əşya, hər bir sənəd zehinlərdə Azərbaycanın mədəni hüquqlarının və tarixi ədalətin müdafiəçisinə çevrilir. Həmidə xanım Cavanşir, Əhməd bəy Cavanşirin oğlu Məhəmməd, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, İlyas Əfəndiyevə aid xatirə əşyaları, həmçinin Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Y.Çəmənzəminli, Süleyman Sani Axundov, N.Vəzirovun əks olunduğu portret və tablolar, Qasım bəy Zakir və Üzeyir bəyin büstləri, Xurşidbanu Natəvanın heykəli tamaşaçılarda Qarabağ mədəni mühitinin zənginliyi barədə dərin təsəvvür yaradır. Zənnimizcə, bu qiymətli eksponatlar sırasına əslən Şuşadan olan böyük xalçaçı rəssam Lətif Kərimovun yaradıcılığına məxsus nəfis xalıları və Azərbaycanın ilk monumentalçı qadın heykəltaraşı Münəvvər Rzayevanın yaratdığı, Nizami Muzeyinin ekspozisiyasını bəzəyən əsərlərini də daxil etmək yerinə düşər.

Bəli, dövrümüzün Söz qalası olan Nizami Muzeyinin strategiyaları arasında Qarabağ həqiqətlərini özünəməxsus yolla, sözün həqiqi mənasında mədəni şəkildə dünyaya çatdırmaq əsas yerlərdən birini tutur. Bu strategiyanın məğzini təşkil edən Qarabağın irsini yaşatmaq, tanıtmaq və onu qürurla qorumaq ideyası artıq bir vicdan borcuna çevrilmişdir.

Xalqın dəstəyi, dövlətin siyasəti və zamanın ədaləti ilə silahlanan Söz qalası onilliklər boyu Qarabağın susdurulmuş səsini bu gün dünyanın dörd bir tərəfindən Vətənimizə gələn əcnəbilərə çatdırmağa davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri