Icma.az
close
up
RU
Azərbaycanın yumşaq güc strategiyası: Mədəni diplomatiyanın yeni mərhələsi TƏHLİL

Azərbaycanın yumşaq güc strategiyası: Mədəni diplomatiyanın yeni mərhələsi TƏHLİL

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycanın mədəni diplomatiyası son illərdə ölkənin beynəlxalq imicinin gücləndirilməsi baxımından strateji alətə çevrilib. Bu siyasət dövlətin yumşaq güc arsenalının məqsədyönlü şəkildə genişləndirilməsinə xidmət edir. Mədəniyyət üzərindən qurulan diplomatik xətt Azərbaycanın tarixi irsini, milli kimliyini və modern inkişaf modelini dünyaya təqdim edir. Dünyada gedən geosiyasi rəqabət fonunda yumşaq güc hər bir dövlət üçün təsir dairəsini genişləndirməyin zəruri elementinə çevrilib. Azərbaycan da bu tendensiyanı düzgün oxuyaraq mədəni diplomatiyanı öz milli maraqları ilə uyğunlaşdırıb. Sərt gücün təmin etdiyi təhlükəsizlikdən sonra yumşaq güc ölkənin qlobal nüfuzunu dərinləşdirən əsas mexanizm kimi çıxış edir. Mədəni diplomatiyanın uğurlu olması isə həm siyasi sabitlikdən, həm iqtisadi müstəqillikdən, həm də dövlətçilik ənənələrindən qaynaqlanır.

Bu sözlər politoloq Tural İsmayılovun "Azərbaycanın yumşaq güc strategiyası: mədəni diplomatiyanın yeni mərhələsi" sərlövhəli təhlil yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Azərbaycanın mədəni irsinin tanıdılmasında multikulturalizmin və idman diplomatiyasının rolu

Azərbaycanın multikultural irsi bu siyasətin təməl dayaqlarından biridir. Multikulturalizm burada, sadəcə, ideoloji yanaşma yox, əsrlərlə formalaşmış həyat tərzidir. Dövlət bu irsi beynəlxalq arenada bir model kimi təqdim edir. Bu model ölkənin tolerant, açıq və çoxtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. BMT, UNESCO və digər qlobal təşkilatlarda Azərbaycan məhz bu dəyər mərhələsi üzərindən tanıdılır. Mədəni müxtəliflik Azərbaycanın beynəlxalq humanitar tədbirlərinin əsas mövzularından birinə çevrilib. Bakı Humanitar Forumu kimi platformalar məhz yumşaq güc strategiyasının institusionallaşmış nümunələridir. Bu forumlar ölkəni qlobal intellektual müzakirələrin mərkəzinə çevirir.

Dövlət səviyyəsində dəstəklənən incəsənət layihələri Azərbaycanın qlobal auditoriyaya çıxışını artırır. Muğam, xalçaçılıq və digər mədəni irs nümunələri artıq beynəlxalq brend xarakteri qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mədəniyyət siyasəti həm ənənəni qoruyur, həm də müasirliklə sintez edir. Bu sintez Azərbaycanın özünü yeni dövrün modern, lakin köklərinə sahib dövlət kimi təqdim etməsinə imkan yaradır. Heydər Əliyev Fondunun layihələri isə yumşaq gücün qlobal miqyasda real nəticələr doğuran praktiki nümunələridir. Fond müxtəlif ölkələrdə tarixi abidələrin bərpasını dəstəkləməklə Azərbaycanın humanist imicini möhkəmləndirir. Bu addımlar Azərbaycanın dünyada “qurucu və dəyər verən tərəfdaş” obrazını gücləndirir.

Mədəni diplomatiyanın effektivliyi həm də idman sahəsində özünü göstərir. Formula 1, Avropa Oyunları və digər beynəlxalq idman tədbirləri Azərbaycanın dünyada tanınmasına ciddi töhfə verib. Bu yarışlar ölkənin modern infrastrukturunu, təşkilatçılıq qabiliyyətini və dövlət çevikliyini nümayiş etdirir. İdman diplomatiyası mədəni diplomatiyanın tamamlayıcı sütunu kimi çıxış edir. Bu tədbirlər ölkənin turizm potensialını da artırır. Azərbaycanın qlobal brendlə tanınması həm investor marağını, həm də beynəlxalq əməkdaşlıq cəlbediciliyini yüksəldir. Turizm sahəsinə yönələn dövlət dəstəyi yumşaq güc strategiyasının iqtisadi ayağını formalaşdırır. Turizm ölkənin mədəni dəyərlərinin geniş auditoriyaya çatdırılması üçün təbii platformadır.

Kino, media və diasporla Azərbaycanın qlobal yumşaq gücü

Azərbaycanın kino və media sahəsində yaratdığı məhsullar da yumşaq güc arsenalını genişləndirir. Kino sənayesində milli hekayələrin beynəlxalq festivallarda təqdimatı ölkənin mədəni təsir dairəsini artırır. Dövlət bu sahəyə də strateji yanaşma tətbiq edir. Audiovizual məhsullar vasitəsilə ölkənin modern həyatı, inkişaf dinamikası və milli kimliyi dünyaya tanıdılır. Bu, Azərbaycanın qlobal informasiya mühitində öz narrativini formalaşdırması üçün mühüm addımdır. Azərbaycanın dövlətçilik tarixinin filmlərlə və sənədli layihələrlə təqdim olunması isə yumşaq gücün ideoloji əsasını genişləndirir. Bu narrativlər ölkəni həm regionda, həm dünyada stabil və sabitlik yaradan aktor kimi göstərir.

Mədəni diplomatiya, eyni zamanda, diasporla əlaqələrin gücləndirilməsinə də xidmət edir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yumşaq gücün ön xəttində duran aktorlardan biridir. Diaspor təşkilatlarının mədəni tədbirlər vasitəsilə Azərbaycanı təbliğ etməsi ölkənin qlobal nüfuzunu artırır. Dövlət diaspor siyasətinə sistemli yanaşma tətbiq edir. Mədəni tədbirlər həm də azərbaycanlı icmalar arasında birlik və identiklik hissini gücləndirir. Bu birlik Azərbaycan haqqında xarici auditoriyada formalaşan təsəvvürlərə birbaşa təsir göstərir. Yumşaq gücün davamlılığı üçün diaspor siyasətinin güclü institusional dəstəyə malik olması vacibdir.

Azərbaycanın yumşaq güc strategiyasının yeni mərhələsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi mədəni bərpa siyasəti yumşaq gücün yeni mərhələsidir. Qarabağda bərpaolunan abidələr, qurulan mədəniyyət mərkəzləri və keçirilən beynəlxalq tədbirlər ölkənin yenidənqurma gücünü nümayiş etdirir. Bu addımlar Azərbaycanın münaqişədən sonra qurucu dövlət kimi mövqeyini gücləndirir. Qarabağın dünya mədəniyyət xəritəsinə qaytarılması yumşaq güc strategiyasının uzunmüddətli nəticələrini formalaşdırır. Burada aparılan işlər təkcə infrastruktur deyil, həm də mədəni kimliyin bərpası prosesidir. Bu proses Azərbaycanın sülh və inkişaf konsepsiyasını dünyaya göstərən ən güclü mesajlardan biridir. Qarabağda təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanın regional mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində mühüm rol oynayır.

Bütün bu addımlar göstərir ki, Azərbaycan yumşaq gücü təsadüfi tədbirlər toplusu kimi deyil, dövlət siyasətinin ayrılmaz hissəsi kimi həyata keçirir. Mədəni diplomatiya həm ölkənin qlobal mövqeyini möhkəmləndirir, həm də milli identikliyin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Dövlət yumşaq gücü şaxələndirməklə öz strateji maraqlarını daha geniş əhatə dairəsində müdafiə etmək imkanları əldə edir. Bu strategiya Azərbaycanı həm regionda, həm də qlobal müstəvidə modern, sabit və mədəni irsə sahib güclü dövlət kimi təqdim edir. Ən önəmlisi, ölkənin yumşaq güc siyasəti davamlı, planlı və dövlətçilik fəlsəfəsi ilə uyğundur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri