Söz və məlumat azadlığı anlayışı vəzifəli şəxslərin nüfuzuna qəsdən zərər vurulmasını ehtiva etmir
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son dövrlərdə ayrı-ayrı şəxslərin özlərini “jurnalist” kimi təqdim edərək dövlət orqanlarının və vəzifəli şəxslərin nüfuzuna xələl gətirən qanunsuz fəaliyyətlə məşğul olmaları faktları müşahidə olunur. Həmin şəxslər media fəaliyyətindən sui-istifadə edərək dövlət məmurlarına qarşı şantaj, təzyiq və böhtan xarakterli məlumatlar yaymaqla maddi maraqlarını təmin etməyə çalışırlar".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov çıxış edib. O bildirib ki, bu cür əməllər Azərbaycan Respublikasının Konstitusiyasına, habelə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ziddir:
"Media fəaliyyəti adı altında şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir yayılması, habelə hədə-qorxu yolu ilə maddi və ya digər fayda əldə edilməsi cinayət və inzibati məsuliyyət yaradır.
Bir daha vurğulanır ki, söz və məlumat azadlığı anlayışı qanunsuz hərəkətləri, şantajı, təzyiqi və vəzifəli şəxslərin nüfuzuna qəsdən zərər vurulmasını ehtiva etmir. Söz azadlığı yalnız qanunla müəyyən edilmiş çərçivələr daxilində həyata keçirilə bilər və hüquqi məsuliyyətdən yayınma vasitəsi kimi istifadə oluna bilməz".
İsmayıl Zalov bildirib ki, media subyekti kimi fəaliyyət göstərən internet informasiya ehtiyatları, saytlar və xəbər portalları mütləq qaydada dövlət qeydiyyatından keçməlidir:
"Qanunvericiliklə müəyyən edilmiş qeydiyyat tələblərinə əməl etmədən media fəaliyyəti ilə məşğul olmaq yolverilməzdir və hüquqi məsuliyyət doğurur.
Azərbaycan Respublikasında söz və media azadlığı mövcuddur. Lakin bu azadlıqlar qanunun aliliyinə, peşə etikası normalarına və hüquqi məsuliyyət prinsipinə əsaslanır. Media adından istifadə edərək cinayət xarakterli əməllər törədən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülməlidir və görüləcəkdir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Ölkədə fikir, söz və məlumat azadlığı qorunur
06 Avqust 2025 23:21
Söz və məlumat azadlığı: Azərbaycan düzgün xətt seçib
18 İyul 2025 11:01
Vəzifəli şəxslərin cəzası azaldıldı
05 Noyabr 2024 11:54
Demokratik cəmiyyətlərin əsas dayağı: Fikir, söz və məlumat azadlığı
23 May 2025 11:58
Təqsirləndirilən şəxslərin son söz çıxışları oldu MƏHKƏMƏ
23 Dekabr 2025 19:26
Baxış sayı:75
Bu xəbər 04 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















