Icma.az
close
up
RU
BSU da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib

BSU da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Bakı Slavyan Universitetində (BSU) Bank Respublikanın əməkdaşlarına “İnklüziv bankçılıq” mövzusunda keçirilən peşəkar inkişaf təliminin yekun görüşü təşkil olunub. Tədbir çərçivəsində təlimin yekun nəticələri müzakirə edilib, aparılan sorğunun nəticələri təqdim olunub və iştirakçılara sertifikatlar təqdim edilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Anar Nağıyev çıxış edərək bu layihənin ali təhsil müəssisəsi ilə bank sektoru arasında əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğulayıb. Rektor bildirib ki, BSU inklüziv təhsil sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri kimi geniş təcrübəyə malikdir və bu istiqamətdə fəaliyyətini sistemli şəkildə davam etdirir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə həyata keçirilən dövlət proqramları və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı və inklüzivliyin təşviqi istiqamətində görülən işləri xüsusi vurğulayıb.

A.Nağıyev bildirib ki, BSU 2022-ci ildən etibarən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsini həyata keçirir və layihənin əsas məqsədi cəmiyyətdə inklüziv dəyərlərin möhkəmlənməsində təhsilin rolunu gücləndirməkdir. Rektor qeyd edib ki, layihə çərçivəsində universitet ölkənin müxtəlif regionlarında yüzlərlə müəllim üçün təlimlər təşkil edir.

A.Nağıyev BSU-nun inklüziv təhsil sahəsində əldə etdiyi təcrübənin digər regional universitetlər tərəfindən də maraqla qarşılandığını və bir sıra ali təhsil müəssisələrinin universitetə müraciət edərək bu təcrübəni tətbiq etmək istədiyini diqqətə çatdırıb. O, BSU-nun müxtəlif ali təhsil müəssisələrində konfrans və seminarlarla çıxış edərək inklüziv təhsil modelini paylaşdığını bildirib.

Rektor təlim proqramının əsas məqsədinin bank sektorunda ilkin təmas nöqtələrində inklüziv xidmət mədəniyyətinin formalaşdırılması olduğunu vurğulayaraq qeyd edib ki, vətəndaşlara göstərilən xidmət zamanı münasibət və davranış forması onların cəmiyyətə inteqrasiyasına təsir edən əsas amillərdəndir. Bu baxımdan layihənin peşəkar inkişaf proqramı kimi mühüm əhəmiyyət daşıdığı bildirilib.

A.Nağıyev gələcəkdə Bank Respublika ilə əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə monitorinqlərin aparılması, qiymətləndirmə mexanizmlərinin tətbiqi və davamlı inkişaf mərhələlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. O, BSU-nun əlavə təhsil proqramlarının, qısamüddətli təlim formatlarının və ikinci ali təhsil imkanlarının bank əməkdaşlarının peşəkar inkişafı üçün faydalı platforma ola biləcəyini bildirib.

Rektor çıxışında BSU-nun inklüziv təhsilin təşviqi sahəsində beynəlxalq şəbəkələrin üzvünə çevrildiyini, universitetin İtaliya, Finlandiya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrlə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu platformaların Azərbaycanda inklüziv təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Sonda rektor Bank Respublika rəhbərliyinə və əməkdaşlarına inklüziv dəyərlərə göstərilən həssas münasibətə görə təşəkkürünü bildirib, XXI əsrin xidmətlər əsri olduğunu qeyd edərək bank sektorunun bu sahədə rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Tədbirdə BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müdiri Arzu Məmmədova çıxış edərək təlimin əsas məqsədləri, proqramın məzmunu və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Daha sonra Bank Respublikanın İnsan resursları departamentinin təlim, inkişaf və daxili kommunikasiya istiqaməti üzrə direktor müavini Jalə Nəcəfova, Pərakəndə satışlar departamenti direktorunun vəzifəsini icra edən Aynurə Məmmədova çıxış edərək təlimin təşkilinə görə universitet rəhbərliyinə və təşkilatçılara təşəkkür edərək, inklüziv bankçılıq sahəsində bilik və bacarıqların artırılmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşüb, təlimin onların peşəkar inkişafına müsbət təsir göstərdiyini bildiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri