Icma.az
close
up
RU
Söz və məlumat azadlığı: Azərbaycan düzgün xətt seçib

Söz və məlumat azadlığı: Azərbaycan düzgün xətt seçib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Azərbaycanda fikir, söz və məlumat azadlığı Konstitusiya ilə təmin olunur.

Hər bir vətəndaşın sərbəst fikir söyləmək, informasiya əldə etmək və yaymaq hüququ qanunvericiliklə tanınır. Xüsusilə də sosial media platformalarının geniş şəkildə yayılması da fikir, söz və məlumat azadlığı üçün zəmin yaradır. Baxmayaraq ki, çox hallarda internetin verdiyi bu imkanlardan dezinformasiyaların yayılması üçün istifadə olunur, Azərbaycanda bu sahədə heç bir məhdudiyyət tətbiq olunur.

Müəyyən vaxtlarda bu cür informasiyaların internetə çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı müəyyən təkliflər səslənsə də, beynəlxalq platformalar bu məqama xüsusi diqqət ayırmaqda maraqlı görünmür. Bu isə informasiya plüralizmi deyil, sadəcə maraqlara xidmət edən xəbər çoxluğu ilə müşahidə olunur.

Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı bir neçə məqam nəzərə alınmalıdır:

“Ən vacibi isə odur ki, istənilən halda ifratçılığa yol vermək olmaz. Məsələn, belə variantlar var ki, mətbuat, söz azadlığı yoxdur, bütün bunlar dövlətin nəzarətindədir, buna keçmiş SSRİ-ni misal çəkmək olar. Bir də Şimali Koreya təcrübəsi var ki, bunlar heç bir halda müsbət inkişafa gətirib çıxara bilməz. Yəni problemlərin üzərini örtməklə dövlətin nəyəsə nail olması mümkün deyil. Bir də var ki, kim nə gəldi danışır, bu da bir çox ölkələrdə var, onlar da bunun bədəlini ödəyirlər”.

Partiya sədri qeyd edib ki, xaricdən Azərbaycan əleyhinə yazılanların 90 faizi yalandır:

“Bütün təbliğatlarını, mövqelərini yalan üzərində qururlar. Bu da yolverilməzdir. Ona görə bu da düzgün yanaşma deyil. Müəyyən prinsiplər, çərçivələr daxilində iş getməlidir. Məsələn, cəmiyyətdə olan problemlərlə bağlı mətbuat mövqeyini açıq şəkildə deməlidir. Həmin problemləri aradan qaldırmaq üçün dövlət strukturları addım atmalıdır. Müəyyən siyasi-iqtisadi məsələlərlə bağlı mətbuatda fikirlər səsləndirilir ki, hakimiyyət onları öz siyasətində nəzərə almalıdır”.

A.Nağı hesab edir ki, Azərbaycanda bu iki məsələ ilə bağlı düzgün xəttə seçilib:

“Problemlər deyilir və əsasən də həmin problemlər aradan qaldırlır. Digər tərəfdən isə plüralizmin və söz azadlığının əsası ondan ibarətdir ki, mətbuat istənilən məsələ ilə bağlı problemi qaldırır, o məsələlər də hakimiyyət tərəfindən nəzərə alınır. Diqqət cəlb edən məsələ ondan ibarətdir ki, hakimiyyət mətbuatda gedən məsələləri diqqətlə izləyir.

Hakimiyyətin müxtəlif strukturları var ki, vaxtaşırı monitorinq keçirməklə kim nə deyir, nə yazır, nə göstərirsə, onu izləyir və hansının düz olub-olmamasını nəzarətdə saxlayır. Bu, o deməkdir ki, mediada gedən məlumatlar nəzərə alınır. Yəni söz azadlığına, mətbuata, plüralizmə şərait yaradılır, eyni zamanda da orada yazılan məsələlər diqqətə alınır”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri