Icma.az
close
up
RU
SÖZ XALQIN RUHUNA YAZILAN TARİXDİR!

SÖZ XALQIN RUHUNA YAZILAN TARİXDİR!

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əgər bir liderin dediyi söz xalqın ürəyində yaşayırsa, demək o söz artıq qanunlardan, kitabələrdən və heykəllərdən daha möhkəm iz buraxıb.

Zaman hər şeyi süzgəcdən keçirir, amma vicdandan çıxan sözləri silə bilmir. Buna görə də liderin söylədiyi hər bir fikir, filosofun dediyi hər müdrik kəlmə zamanın içində bir şahidə çevrilərək bir millətin yaddaşı, bir dövlətin fəlsəfəsi, bir insanlığın ümidi olur.

Söz yalnız rabitə vasitəsi deyil, tarixi yönəldən mənəvi gücdür. Zaman dəyişir, rejimlər gəlir-gedir, amma xalqın yaddaşında yalnız ilhamverici, dönməz, dərin mənalı sözlər yaşayır. Çünki söz xalqın ruhuna yazılan tarixdir, xalqın yaddaşında döyüşdən, qələbədən, hətta məğlubiyyətdən də dərin iz buraxır. Tarix bunu saysız misallarla sübut edib.

Heydər Əliyev demişdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir.”

Bu sadə, lakin möhkəm kəlam Azərbaycanın yeni dövlətçilik fəlsəfəsinin simvoluna çevrildi. Bu cümlə təkcə bir dövlət rəhbərinin fikri deyil, xalqın gələcəyinə verilmiş mənəvi zaminlikdir. Bu ifadə illərlə əsarətdə yaşamış bir millətin öz taleyini öz əlinə almaq haqqını tanıması demək idi.

Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı da bu sırada unudulmazdır: “Bir kərə yüksələn bayraq bir daha enməz.”

Bu cümlə sadəcə milli şüar deyil, eyni zamanda millətin əzmini təcəssüm etdirən siyasi-bədii manifestdir. O bayraq bu gün də dalğalanırsa, bu sözün gücünu nümayiş etdirir.

Mustafa Kamal Atatürkün “Ya istiklal, ya ölüm” çağırışı isə Türk xalqının siyasi müqavimət ruhunu əbədi olaraq kodlaşdırdı.

Vinston Çörçillin ağır müharibə illərində dediyi “Heç vaxt təslim olmayacağıq!” sözləri bir xalqın tarix qarşısında andına çevrilərək xalqın iradəsini oyatdı, döyüş ruhunu dirçəltdi.

Nelson Mandela yazırdı: “İnsanlar nifrətlə doğulmur, demək ki, onlara sevgini öyrətmək olar.”

Bu sözlər bir dövlətin quruluşunda intiqam yox, ədalət və barış prinsipinə əsaslanmalı olduğunu sübut etdi. Mandelanın öz xalqına zorla yox, sözlə barış gətirdiyi hər kəsə məlumdur.

Ən böyük filosoflar da sözün dəyərini dərk edərək, bilirdilər ki, söz sadəcə ifadə deyil, bir mədəniyyət hadisəsidir.

Məsələn, Sokrat sözün məsuliyyətini öyrədir: “Danış ki, səni tanıyım.” Bu bir cümlə göstərir ki, insanın əsl mənliyi dilində və fikrində üzə çıxır, yəni söz insanın əxlaqıdır.

Əl-Fərabi isə deyirdi: “Ən ali cəmiyyət sözlə idarə olunan cəmiyyətdir.” Bu fikirdə təsdiqləyir ki, həqiqi dövlətçilik zorla yox, sözlə qanunla, hikmətlə qurulur.

Fridrix Nitşe isə belə deyirdi: “İnsan, sözləri ilə öz dəyərini ya yüksəldir, ya da alçaldır.” Bu, təkcə fərdi deyil, siyasi liderlərin də taleyinə aiddir. Söz ya hakimiyyəti qüvvətləndirir, ya da onu zəiflədir. Bu baxımdan, dövlətinin gələcəyini düşünən hər bir siyasi fiqur, sözünün gücünü dərk etməli, sadəcə danışmamalı, danışdığının ağırlığını daşımağı bacarmalıdır.

Söz bir anda deyil, nəsillərin yaddaşında yaşayacaq bir gələcəkdir. Bu gələcəyi qorumağın yolu isə sözə cavabdehlik hissi ilə yanaşmaqdan keçir. Sözə yüngül yanaşan liderlər zamanın sınağından keçmir, amma sözün çəkisini daşıyan dövlət başçıları tarixin etibarını qazanır.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Biz söz vermişik və sözümüzə əməl etmişik. Azərbaycan dövləti verdiyi hər bir vədi yerinə yetirir.” Bu yanaşma təkcə siyasi davranış deyil, eyni zamanda dövlət idarəçiliyində etibar fəlsəfəsidir. Çünki bir liderin sözündə səmimiyyət, ardıcıllıq və prinsipiallıq varsa, xalq həmin sözü imza kimi qəbul edir. Elə buna görə də, Prezidentin dilindən tez-tez eşidilən bu fikir sadə deyim deyil, siyasi məsuliyyətin ali ifadəsidir: “Sözümüz imzamızdır.”

Bu imza – xalqın yaddaşında, dövlətin sənədində və tarixin qəlbində qalacaq imzadır.

Sadiq QURBANOV, millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri