Icma.az
close
up
RU
Söz yaradıcılığı monoqrafik müstəvidə

Söz yaradıcılığı monoqrafik müstəvidə

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Filologiya elmləri doktoru Qətibə Mahmudovanın “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” monoqrafiyası işıq üzü görüb. Giriş, dörd fəsil və nəticədən ibarət olan bu fundamental tədqiqata filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva ön söz yazaraq əsərin müəllifin on ildən artıq elmi axtarışlarının bəhrəsi olduğunu vurğulayıb.

Monoqrafiyanın “Giriş” hissəsində müəllif söz yaradıcılığının türk dillərində sistemli tədqiqinin XX əsrin əvvəllərindən başlandığını, Azərbaycan dilçiliyində isə bu sahənin Səlim Cəfərovun araşdırmaları ilə elmi əsas qazandığını qeyd edir. Burada həm Türk dünyasında, həm də Azərbaycan dilçiliyində aparılmış tədqiqatlara ümumi elmi baxış təqdim olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. O bildirib ki, “Müasir türk dillərində söz yaratmanın elmi-nəzəri və koqnitiv əsasları” adlı birinci fəsildə Qətibə Mahmudova söz yaradıcılığının dilçilikdə yeri və mövqeyi problemini geniş şəkildə araşdırır. Müəllif rus, eləcə də türk dilləri üzrə aparılmış tədqiqatlara istinad edərək söz yaradıcılığının müstəqil bölmə, yoxsa morfologiya və ya leksikologiyanın tərkib hissəsi olması məsələsinin hələ də mübahisəli qaldığını göstərir.

Onun sözlərinə görə, tədqiqatçı rus dilçiliyində N.M.Şanski, V.V.Vinoqradov, L.A.Bulaxovski, eləcə də V.İ.Abayev kimi alimlərin mövqelərini müqayisəli şəkildə təhlil edir, türkmən, qırğız, qazax, qaqauz, noqay, qaraqalpaq və Türkiyə dilçiliyində söz yaradıcılığına yanaşmaları elmi ekskursiya müstəvisində təqdim edir. Bu araşdırmalar nəticəsində müəllif belə bir qənaətə gəlir ki, nə rus, nə də Türkiyə dilçiliyində söz yaradıcılığının dilçilikdəki yeri tam müəyyənləşməyib.

“Azərbaycan dilçiliyində mövcud vəziyyəti təhlil edən Q.Mahmudova Həsrət Həsənov, Səlim Cəfərov, Yusif Seyidov, Muxtar Hüseynzadə, Qəzənfər Kazımov, Məhəbbət Mirzəliyeva və digər alimlərin tədqiqatlarını analitik süzgəcdən keçirir. Müəllif göstərir ki, Azərbaycan dilçiliyində söz yaradıcılığı həm morfologiyanın, həm də leksikologiyanın tərkibində paralel şəkildə öyrənilib, nəticədə bu sahənin sərhədləri tam müəyyənləşməyib”, - deyə müsahibimiz əlavə edib.

Onun fikrincə, aparılan araşdırmalar əsasında müəllif türk dillərində söz yaradıcılığının ümumi konturlarını və səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirir, bu mənzərəni sxem-cədvəl vasitəsilə ümumiləşdirir və öz elmi mövqeyini aydın şəkildə ifadə edir. Qətibə Mahmudovanın qənaətinə görə, söz yaradıcılığı nə morfologiyanın bölməsi, nə də dilçiliyin müstəqil sahəsidir; o, dilin bütün yaruslarında reallaşan və yeni leksik vahidlərin yaranmasına xidmət edən ümumi bir prosesdir.

“Beləliklə, problemə geniş elmi kontekstdən yanaşan Q.Mahmudova sonrakı fəsillərdə də bu konsepsiyanı inkişaf etdirərək türkoloji dilçilik üçün mühüm nəzəri əhəmiyyət daşıyan fundamental bir əsər ortaya qoyub”, deyə Ş.Albalıyev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri