Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Vahabzadə yaradıcılığı…

Vahabzadə yaradıcılığı…

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Akif Abbasov
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor

(Bəxtiyar Vahabzadə yaradıcılığında ana mövzusu şagirdlərin tərbiyə vasitəsi kimi)
Bəxtiyar Vahabzadə xalqımızın Azərbaycana, dünya mədəniyyətinə, türk aləminə bəxş etdiyi çox qüdrətli şəxslərdən, şəxsiyyətlərdəndir. O, görkəmli ədəbiyyatşünas alim (AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor) olmaqla yanaşı, misli-bərabəri olmayan söz ustası, şairdir. İstedadlı alim olsa da, şeirə çox bağlı idi. Şairlyini hətta alimliyindən üstün tutardı. Bu barədə yazıb da: “Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar”.
Şeirə, şeiriyyətə vurğunluğun dərəcəsinə bir baxın! Hamımıza məlumdur ki, Bəxtiyar Vahabzadə çox yaxşı alim idi, 1947-ci ildən müəllim kimi fəaliyyət göstərirdi. Başqa işlə məşğul olmamışdı. Ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin professoru idi. Gözəl nitqə sahiblənmişdi, mühazirələrindən doymaq olmurdu. Amma şairliyə böyük dəyər verirdi.
Bəxtiyar Vahabzadə sözün qüdrətindən çox faydalanmağı, nəzərdən keçirdiyi məsələləri ustalıqla, böyük sənətkarlıqla mənalandırmağı çox yaxşı bacarırdı.
Şair çox möhtəşəm uğurlara ona görə nail olurdu ki, onda məsuliyyət hissi son dərəcə qüvvətli idi, özünə qarşı olduqca tələbkar idi, əlinə qələm alanda məntiqə söykənirdi. Odur ki, qəlbləri fəth edir, oxucunu düşündürürdü, ona yol göstərirdi.
Bəxtiyarın qənaətlərindən çoxları yararlanırdı. Yazıb yaradır, sözlə dünyanı fəth edirdi. Dünya ondan razı idi, oxucular da onu sevirdi, o isə özündən razı deyildi:
Narahatam, narazıyam,
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının,
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

Dahi şairdəki təvazökarlığa bax! Belə etirafı Bəxtiyar qayəli, Bəxtiyar hünərli şəxsiyyətlər edə bilərlər.
Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı son dərəcə çoxşaxəlidir. Çoxsaylı poemaları, pyesləri, saysız-hesabsız şeirləri var. Hamısı uğurlu, bitkin, heyrətamiz, tərbiyələndirici, təhsilləndirici, düşündürücü. Əsərləri müxtəlif mövzulara həsr olunub. Hər biri xüsusi tədqiqatın, araşdırmanın mövzusudur.
Biz bu məqalədə qürdətli şairin öz anasına, ümumiyyətlə, analara həsr etdiyi şeirləri üzərində dayanmaq istəyirik. Ana mövzusu ananın özü kimi müqəddəsdir. Ana bizə həyat, döşündən süd verib. Bizi böyüdüb, boya-başa çatdırıb, çinarboy edib. Təhsilimizin, sağlamlığımızın, təhlükəsizliyimizin qayğısına qalıb.
Anaların fədakarlığı tükənməz və əvəzedilməzdir. Hər birimiz anaya səcdə qılmağa borcluyuq. Bəxtiyar Vahabzadə demişkən,
“Ana həyat verir, öz övladına,
Həm də öz ömründən ömür bağışlayır”.

Şairin “Ana hədiyyəsi” şeirində ana namaz qılan vəziyyətdə təsvir olunub. O, əlini göylərə qaldırır, Allaha yalvararaq xahiş edir:
“Ya rəbbim! - deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!

Ana öz ömrünü balasına hədiyyə verir. Şair ananın sözlərini, arzularını yüksək sənətkarlıqla mənalandırır. Onun istəyinin, diləyinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. Bildirir ki:
“Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Bəxtiyar Vahabzadənin başqa şeiri “Məmin anam” adlanır. Şair anasının savadsız olduğunu, lakin mənəviyyatca çox zəngin, nümunəvi olduğunu bildirir. Şeirlə tanışlıqdan görünür ki, (bu, təbii ki, Bəxtiyarın öz qənaətidir) savadsız olmaq hələ heç nə demək deyildir. Əsas cəhət yüksək insani keyfiyyətlərə sahiblənmək, namuslu, ismətli, sədaqətli, qayğıkeş, mehriban, doğruçul, humanist, vəfalı, nümunəvi davranışlı olmaqdır.

Ana təhsil görməyib, heç adını da yaza bilmir. Nə olsun? Elə savadlılar var ki, başabəladırlar. Əsas odur ki, insan öz hərəkəti, duruşu, davranışı, qarşılıqlı münasibəti, ünsiyyət tərzi ilə nümunə göstərsin, hörmət və nüfuz qazansın.
Bəxtiyar Vahabzadə demişkən:
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi - mənim anam!..

Bizim hər birimiz ömrümüz boyu anamızı yanımızda görmək istəyirik (anaya, ataya vəfasız çıxan, xəyanətkar mövqe tutan şəxslər də var). Vaxtlı-vaxtsız ananı itirmək insan üçün böyük itki, böyük dərd olur. Belə deyim var: “İnsan atadan deyil, anadan yetim qalır”. Həmin sözlərdə dərin həqiqət vardır. Hər bir şəxsin həyatında hər iki valideynin böyük rolu var. İnsan neçə yaşda olmasına baxmayaraq, onun ataya da, anaya da eyni dərəcədə ehtiyacı var. Fəqət, gəlin etiraf edək, övlada münasibətdə ananın fədakarlığı ölçüyəgəlməzdir. Odur ki, anasının dünyadan köçməsi şairi yandırıb-yaxır. Hisslərini, dərdini şeirin dililə bildirir:
Anam öldü!
Bizə dedi əlvida!
bir duyan, hiss eləyən insan
Yatağında daş oldu.
Heçliyə doğru axan
Bir axına qoşuldu.
Anamın əvəzi başdaşı oldu,
Kölgəsi özüylə yanaşı oldu…
Bir ay tamam oldu,
düz bir ay, bir gün
Gəldim qəbiristana… anamla deyil,
Onun başdaşıyla görüşmək üçün.
“Yuxun şirin olsun” – deyərdin mənə,
“Yuxun şirin olsun” – deyimmi sənə?
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

İllər keçsə də ana unudulmur, ana yaddan çıxmır. Həmişə hörmətlə, məhəbbətlə yad olunur, xatirələrdə canlandırılır, yaddaşlarda qalır.
Bəxtiyar Vahabzadənin “Atılmışlar” poeması da diqqətəlayiqdir. Qız isməti, qadın namusu, şəxsi ləyaqət və şərəf hissi ön plana çıxır. Sevgidə aldanılan, ailə qurmadan ismətini ləkələyən qız hamilə qalır. Oğlan onu atır. Doğduğu körpə ilə qalan qızın (qadının) ağlı başına gəlir. Nə qədər böyük səhvə yol verdiyini anlayır, xəcalətindən yerə girməyə hazırdır. Təhsil almaq üçün şəhərə gəlib. Valideynlərinin gümanı ondadır. Qızlarının yaxşı mütəxəssis olub el-obasına qayıtmağını səbirsizliklə gözləyirlər. Qız isə onların ümidlərini doğrultmayıb. Nikah münasibətinə girməmiş, ailə qurmamış artıq uşaq sahibidir. Düşdüyü vəziyyəti ata-anasına necə başa salacaq. Qonşular, qohumlar onun barəsində nə düşünəcək, onu ismətsiz sanacaqlar. Şair bütün bunları fikirləşən qızın hiss-həyəcanlarını, düşüncələrini, planlarını aşağıdakı şəkildə nəzmə çəkir:
Körpəni aramla bükdü qundağa,
Basdı sinəsinə qalxdı ayağa…
Ümidə yas tutub, ağlayır güman,
Xeyiri şərləyir, şərə “dost” deyir.
Sevilib, sonra da atıldığından
O da balasını atmaq istəyir.
Ancaq… durdu yenə, duruxdu yenə,
Körpəni astaca qoydu yatağa.
Sıxdı döşlərini süd şüşəsinə,
Əmziklə bir yerdə bükdü qundağa.
O, qalxmaq istədi, yenə döyükdü.
O, bir də düşündü son niyyətini.
Bildi ki, şüşəylə birgə o, bükdü
Sonuncu analıq məhəbbətini.

Poemada təsvir olunan qız ana olub. Lakin övladından yaxa qurtarmaq istəyir. İstəməsə də, buna borcludur. Vəziyyət bunu tələb edir (“Sevilib, sonra da atıldığından o da balasını atmaq istəyir”).
Qız övladı üçün qida tədarükü görür, döşündən süd sağır və şüşəni qundağa, körpənin yanına qoyur. Başa düşür ki, (şair demişkən,) “şüşəylə birgə o, sonuncu analıq məhəbbətini də bükür”.
Müxtəlif sinif şagirdləri ilə ümumtəhsil məktəblərində tərbiyəvi işlər həyata keçirilir. Həm təlim prosesində, həm də sinifdənxaric tədbirlər zamanı. Təlim prosesində ayrı-ayrı fənlərin tədrisi prosesində, sinifdənxaric tədbirlərdə – söhbətlər, müzakirə və disputlar, tematik axşamlar gedişində.
Sinifdənxaric tədbirlərdə Səməd Vurğunun, Cəfər Cabbarlının “Ana” şeirləri ilə yanaşı Bəxtiyar Vahabzadənin anaya həsr edilmiş şeirləri də nəzərdən keçirilir. Bəxtiyar Vahabzadənin ana şeiri ilə Səməd Vurğunun “Ana” şeiri həmahəng səslənir. Səməd Vurğun da Bəxtiyar kimi anasına yas turur:
Sən bir günəş idin, doğdun da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!

“Atılmışlar” poeması isə ayrıca müzakirə mövzusudur. Bu mövzu gənc nəslin ailə həyatına və gələcək övladlarının tərbiyəsi işinə hazırlanması problem ilə sıx surətdə bağlıdır.
Aparılmış sistemli, məqsədyönlü iş nəticəsində şagirdlərdə anaya, analığa dərin hörmət və məhəbbət hissləri qüvvətlənir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyul 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri