Icma.az
close
up
RU
Sözlə yazılmış səssizlik: “Özüdür ki var!”

Sözlə yazılmış səssizlik: “Özüdür ki var!”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aydın Canın qələmi yenidən oxucu ilə görüşə gəlib


 Müasir Azərbaycan publisistikasının tanınmış imzalarından biri olan Aydın Canın növbəti – “Özüdür ki var” kitabı işıq üzü görüb. 

“Sözün sağlığına” kitabından sonra müəllifin ikinci nəşri olan “Özüdür ki var!” həm mövzu rəngarəngliyi, həm də janr müxtəlifliyi baxımından müstəsna əhəmiyyət daşıyır. 


Kitabda Aydın Canın ictimai-siyasi publisistika yazıları, esse və etüdləri, portret oçerkləri, qısa hekayələri və ədəbi tənqid nümunələri yer alır. Bu janr müxtəlifliyi Aydın Canın həm jurnalist, həm müşahidəçi, həm də ədəbiyyat adamı olaraq çoxşaxəli yaradıcılığını göstərir. Kitabda yer alan ictimai-siyasi məqalələrdə müəllifin cəmiyyətə bələdliyi, vətəndaş məsuliyyəti və sözdə duruşu açıq-aydın sezilir. Aydın Can müşahidə etməklə kifayətlənmir – o, həm də şərh edir, izah edir, yerli-yersiz emosiyadan uzaq, rasional və mənəvi dəyərlərə söykənərək yol göstərir. Yazılar bir mübarizə çağırışı deyil, daha çox daxili duruluqla gerçəyə baxma təklifidir. Esse və etüdlərdə isə Aydın Canın qələmi daha incə, daha poetik, daha fərdi olur. Oxucu ilə qurulan münasibət bəzən bir dostun pıçıltısına, bəzən müəllimin təmkinli izahına, bəzənsə bir şairin iç monoloquna çevrilir. Müəllif yazılarında daxili harmoniyanı, sükutun gücünü, sevginin dərinliyini, vicdanın susqunluğunu müxtəlif formalarda təqdim edir. Onun qəhrəmanları da səs-küylü deyil, həyatın kənarından baxan, amma içindən duyan insanlardır. “Özüdür ki var!” bu mənada yalnız mətn toplusu yox, həm də varoluş düşüncəsinin lokal səslənməsidir. Aydın Can bu kitabda bizi real coğrafiyadan mənəvi coğrafiyaya aparır. Yazılarında adını çəkdiyi “prospektlər” yalnız ünvan deyil – tarixin, kimliyimizin, ruhumuzun yaşadığı yollar kimi təqdim olunur. Bu prospektlər keçmişin izləri, bu günün anlamı və gələcəyin tövsiyəsidir. Kitabın özəlliklərindən biri də Aydın Can haqqında müxtəlif zamanlarda yazılmış fikirlərin də yer almasıdır. Tanınmış ictimai-siyasi xadimlərin, yazıçıların və jurnalistlərin onunla bağlı qeydləri təkcə şəxsi dəyərləndirmə deyil – bu, həm də Aydın Canın ədəbi-publisistik mövqeyinin, etik və estetik duruşunun güzgüsüdür. O, danışan yox, danışdıran müəllifdir. Yazılarında pafos yoxdur, ritorika yoxdur, nümayiş yoxdur. Sadəlik, lakin dərinlik; təmkin, lakin aydınlıq; şəxsi təcrübə, lakin ümumbəşəri hisslər – onun yazılarına məhz bu keyfiyyətlər xasdır. Bu kitab düşünmək, müqayisə etmək, hiss etmək üçün yazılıb. Oxucu bu yazılarda özünə yaxın bir fikir, tanış bir duyğu, unudulmuş bir xatirə tapacaq. Aydın Can yazarkən yalnız dili deyil, ruhu da işləyir. Onun qələmi sadəcə xəbər və ya fikir daşıyıcısı deyil, o, həm də zamana qarşı yazılmış şəxsi gündəlik, yaşanmışı yadda saxlamaq cəhdi, sözün məsuliyyətinə verilmiş cavabdır. Aydın Can bu əsərində oxucunu gündəlik həyatın səthindən bir qədər dərinə, insanın daxili dünyasına və varoluşun mənasına doğru yönləndirir. Kitab həm gənc, həm də yetkin yaşda olan oxucular üçün dəyərli bir düşüncə qaynağı ola bilər. 

Qeyd edək ki, Aydın Məmməd oğlu Canıyev (Aydın Can) 1 mart 1968-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 1985-ci ildə həmin kənddə orta məktəbi bitirib.  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Sovet ordusu sıralarında iki illik hərbi xidmətdən sonra təhsilinə davam edib. İkinci kursdan başlayaraq “Kommunist”, “Azadlıq”, “Həyat” qəzetlərində işləyib, respublikada və Moskvada çıxan qəzetlərlə əməkdaşlıq edib. “Azərbaycan 21-ci əsr” qəzetinin baş redaktoru olub. Qəzetlərlə və saytlarla qısamüddətli əməkdaşlıq istisna olmaqla təxminən 25 ildir ki, müstəqil jurnalist kimi fəaliyyət göstərir! AYB üzvüdür, 2020-ci ildə Prezident təqaüdçüsü olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri