Icma.az
close
up
RU
Televiziyalarda əcnəbi sözlərin istifadəsi ilə bağlı monitorinq aparılacaq İsmət Səttarov

Televiziyalarda əcnəbi sözlərin istifadəsi ilə bağlı monitorinq aparılacaq İsmət Səttarov

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Audioviziual Şura bugünədək televiziya və radio kanallarında reklam çarxlarında əcnəbi sözlərin istifadəsini, demək olar ki, tamamilə qarşısını alıb.

Trend xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Sədr bildirib ki, televiziyalarda və radiolarda artıq nadir hallarda reklam çarxlarında xarici sözlərlə rastlaşmaq mümkündür:

"Halbuki 10–15 il əvvəl reklam çarxlarında tez-tez ingiliscə, rusca və ya digər xarici sözlər istifadə olunurdu. Reklam çarxlarının əhəmiyyəti xüsusilə böyükdür, çünki verilişlərdən fərqli olaraq reklamlar hər gün bir neçə dəfə, bəzən illərlə təkrarlanır və sözlər insanların dilinə düşür”.

İ.Səttarovun sözlərinə görə, verilişlərdə və proqramlarda vəziyyət qənaetbəxş deyil:

"Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Məsələn, hər gün təxminən 800 saatadək televiziya və radio efir materialını yalnız 6 nəfərdən ibarət Monitorinq şöbəsi izləyir. Fiziki olaraq bu qədər çox materialı həm televiziya, həm də radio üzrə izləmək və qeyd etmək çətindir.

Lakin daha sonra süni intellektlə işləyən bir şirkətlə razılaşdıq. Çox qısa zamanda soft hazırlandı. Hazırda test rejimində işləyir. Biz 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözü siyahısını hazırladıq və proqram vasitəsilə noyabrın ilk iki həftəsində kanalları monitorinq etdik. Nəticədə bu sözlərin sırf aparıcı tərəfindən üç minə yaxın dəfə istifadə olunduğu aşkarlandı. Məsələn, "okey” sözü 104 dəfə işlənib”.

O əlavə edib ki, artıq yanvar ayından etibarən bu sözlərin siyahısı kanallara göndəriləcək:

"İlk 3 ay ərzində aparıcıların istifadə etdiyi sözlər barədə məlumatlar veriləcək. Aparıcılar özləri nəticə çıxarmalıdır. 3 aydan sonra isə Şura "Dil haqqında” Qanundan irəli gələrək müəyyən tədbirlər görəcək. anunda nəzərdə tutulmuş cərimələr 500–1000 manat arasıdır. Biz məqsədli şəkildə medianı cərimə etməyi düşünmürük, onsuz da maddi vəziyyət kifayət qədər çətindir, amma dilin qorunması üçün başqa çıxış yolu yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri