“Sözü keçən insanlar idi deyə məni baş rollardan uzaq tutdular, rejissorlar qəsdən...” FOTO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Tamaşalarda və filmlərdə oynadığım obrazların bəzilərində öz həyatımı görürəm. Əlbəttə ki, bizim sənətimiz hərtərəfli sənətdir. Aktyor ona yad olan obrazı da elə oynayıb tamaşaçını inandırmalıdır ki, baxanlar afərin desinlər. Amma bəzən obrazlarımın taleyini özümdə görürəm. Ələxsus da əzablar içində çırpınan, keşməkeşli həyat görən qadın obazlarında bu özünü qabarıq göstərir. Baxıb demişəm ki, bu necə mənim yaşadıqlarımla eynidir? Bəzən də düşünürəm ki, rejissorlar bunu qəsdən edirlər. Yəni qəsdən mənim həyatımı bilib bu rolları mənə verirlər”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.
Aktrisa daha sonra ona sənətdə mane olanlardan da danışıb.
“1989-cu ildə “Sahilsiz gecə” filmində çəkildim. Şahmar Ələkbərov məni dəvət edəndə 23 yaşım var idi. Universitetin 2-ci yaxud 3-cü kursunda oxuyurdum. Bu obraz mənə çörək verib. Sənətə kinodan başlamışam, 1990-cı ildə də çəkilmişəm. Amma sonra nədənsə yolumuzu kəsdilər. Tək mənim yox, həm də digər həmkarlarımın da yolunu kəsdilər. Baş rollardan da məni uzaq tutublar. Əlbəttə ki, onları sözləri keçən insanlar idilər”.
Aktrisa ona gələn dəvətlərdən də söz açıb:
“Bu yaxınlarda Türkiyənin çox məhşur bir serialından təklif gəlmişdi. Canlandıracağım obrazın çəkilişləri 1, 2 günlük olduğu üçün razılaşıb buradakı işlərimi dayandırıb getmədim. Ümumiyyətlə bir neçə dəfə belə təkliflər gəlib. Amma teatrdakı və digər işlərimi buraxıb getməmişəm. Nəyimə lazımdır gedib 1-2 gün çəkilib gəlim? 3-4 ay olsaydı əlbəttə ki, razılaşardım, imtina etməzdim. Öz ağırlığımızı qoruyuruq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















