Icma.az
close
up
RU
Sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır Rəy

Sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır Rəy

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ölkədə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb və amil isə düşünürəm ki, rəqabətsizlik şəraiti sayılmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən indiyədək kənd təsərrüfatına sərf olunan ümumi vəsaitin statistikası dəqiq məlum olmasa da, ötən onilliklər ərzində ayrılan birbaşa subsidiyalar, müxtəlif proqramları üzrə vəsaitlər, güzəştli kreditlər, infrastruktur xərclər və s. ildən-ilə artırılıb. Bunun müqabilində effektlilik isə adekvat xarakter daşımayıb. Təkcə subsidiyalaşdırma üzrə əldə olunan nəticələr buna əyani sübutdur”.

Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a deyib. İqtisadçı vurğulayıb ki, dövlət tərəfindən aqrar sektora ayrılan birbaşa maliyyə vəsaiti ilbəil artıb və artır. Cari ildə dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə 1.2 milyard manat vəsait nəzərdə tutulub ki, bu göstərici 2025-ci il ilə müqayisədə 1.5% , 2024-cü ilin icrası ilə müqayisədə isə 11.5% çox deməkdir. 2024-2025-ci illərdə isə bu sahəyə ayrılan illik büdcə xərcləri təqribən 1.07-1.18 milyard manat ətrafında olub. Bütün bunlardan əlavə, ölkədə irimiqyaslı regional infrastruktur layihələrinə - suvarma kanallarının çəkilməsinə, aqroparkların yaradılmasına, meliorasiya işlərinə milyardlarla manat vəsait xərclənib:

“Bununla belə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ÜDM istehsalı həcmində 5.9% paya sahibdir. Düzdür, qeyd oluna bilər ki, inkişaf etmiş ölkələrdə sözügedən rəqəm bundan da aşağı səviyyədədir. Hələ üstəlik, onlarda əhalinin də bizdəki kimi 35.4%-i deyil, cəmi 1-3%-i kənd təsərrüfatında çalışır. Ölkəmizdə rəsmi məşğul əhalinin 1 milyon yarımdan çox hissəsi aqrar sektorda çalışdığına görə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ÜDM-də gərək 15-20% pay təşkil etməli idi. Bu, nəyi göstərir? Azərbaycanda aqrar sahənin qeyri-müasir səviyyədə inkişaf etdiyini və müasir tələblərə uyğun vəziyyətdə olmadığını. Ümumiyyətlə, bu və ya digər sahədə əməktutumluluğun yüksəkliyi iqtisadi effektivliksizlik göstəricisidir. Belə ki, hansı sahədə ki, işçi qüvvəsinin sayı az məhsuldarlıq isə yüksək təşkil edirsə demək orada texnologiyalardan, mexanizasiyadan və elmi təcrübələrdən istifadə qənaətbəxş səviyyədədir.  Məsələ bundadır ki, sözügedən şəraitin təşəkkül tapması özü də rəqabətə bağlıdır. Əli torpaqdan soyumuş kəndliyə ən müasir texnologiya da versən o, torpağa qayıdan deyil - bunun üçün onda məhsula və məhsuldarlığa maraq olmalıdır. Bazara rahat çıxış və satışdan da əldə edilən nəticəyə maraq olarsa kəndçi öz həyətindən də pul çıxarda bilər. Əsas məsələ budur”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri