“Azərbaycan tərəfi sözügedən sənədlərə qoşulmayıb” Rəsmi Bakı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
12 noyabr tarixində Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.
Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualını cavablandırarkən deyib.
“Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, Dublində “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edilib.
Bu mövzuda digər xəbərlər:Rəsmi Bakı: Azərbaycan Dublində Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
13 Noyabr 2026 12:51
Hansı marşrutlarda istilik qoşulmayıb? Rəsmi AÇIQLAMA
27 Noyabr 2025 11:23
Rəsmi Bakı İsraildəki Azərbaycan vətəndaşlarına müraciət ETDİ
28 Fevral 2026 12:12
Rəsmi Bakı: Azərbaycan Türkiyə qardaşlığı əbədi yaşayacaq
29 Oktyabr 2025 08:40
Azərbaycan ABŞ ın dəvətini qəbul edib Rəsmi Bakı
21 Yanvar 2026 09:43
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















