Icma.az
close
up
RU
Söz içində... Sözümüz

Söz içində... Sözümüz

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1.”Ətini yesəm də, sümüyünü çölə atmaram”,“Ətini  yesə də, sümüyünə qıymaz”, ”Əti  sənin,  sümüyü  mənim”- ifadələrinin kökündə , tarixən, qədim dəfn ayini(mərasimi) dayanır.

Məlum olduğu kimi vaxtilə  zərdüştlər(atəşpərəstlər) torpağı müqəddəs hesab etdikləri üçün ölünü  torpaqda dəfn  etməmişlər. Ölmüş  adamı, xüsusi  olaraq,  ayrılmış  otağa qoyub, “yeyilmək” üçün  quşların  öhdəsinə  buraxmışlar.Həmçinin  qadınların ətini quzğunların, kişilərin ətini isə qarğaların yeməsinə şərait yaratmışlar. “Yedirtmə”prosesi  qurtardıqdan sonra   dövlətlilərin qalan  sümüklərini ipək, kasıbın  sümükləri isə adi torbaya yığılaraq  yaşadığı evin qapısından asarmışlar. Beləliklə, ölmüş  adamın  ruhu evinin  içərisində  daim”yaşamaq  hüququ qazanmış”hesab  olunarmış. Həmin ifadə sonradan  tədris  prosesinə- mollaxanalara da  tətbiq  olunmuşdu. Belə  ki  mollaya  müraciət  edən  valideyn  ona  uşağına  qarşı  istənilən  cəzanı  tətbiq  etməsinə  icazə  verirdi.Bir  şərtlə  ki, molla  övladına  şəriət  elminin  bütün  sirlərinə  dərindən  sahib  olmaqda  kömək  etsin. Yəni  uşaqlar əziyyət  çəksələr də, sonda  “sənətə”  kamil  yiyələnsinlər.  Valideynin  qənaətinə  görə, “uşağımı döy, əzab ver” (yəni-əti sənin olsun), lakin nəyisə öyrət(ancaq, sümüyü mənim  olsun).  Bu “tədris” üsulu,təbii  ki, zaman-zaman görkəmli  ziyalılarımız  tərəfdən tənqid  olunmuşdur. 

2. “ Çörək insana itin üzünə  görə  verilib”.

Bu ifadə haqda müxtəlif variantlarda- əfsanələr mövcuddur. Variantlardan birinə görə, Allah sünbülü əvvəlcə ayağından başınadək dənlə dolu yaratmışdır.Bir gün bir  qadın çörək bişirərkən uşağı quru yerdə oturmasın, deyə çörəyin birini onun altına  qoyur. Bu  hərəkət Allaha acıq gedir və o insana çörək vermir. Aclıqdan korluq çəkən it ağzını göyə tutub ulayır.” Gunahı insan işlədib, məni niyə acından öldürürsən?”. Allah itin bu sözünə görə, sünbülü yenidən insana qaytarıb, amma dəni yalnız başında saxlayıb ki, insan çörəyi zəhmətlə qazansın, qıtlıq görüb çörəyin qədrini bilsin .(Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb.2005).

Aparılan  müşahidələrdən  o  da məlum  olur  ki, itlər isti çörəyə qarşı  daha  çox həsasdır. Çörək bişirilərkən həmişə ” itin payı olsun “,- deyərək bir tikə kəsilib atılır. Qərbi Azərbaycanın Loru- Pəmbək mahalında mütləq isti çörəyin üstünə su çilənərək itə atılır. İnama görə it Allaha insanlardan şikayət edərsə , su insana şahid durar.( Məlumatı- Qərbi  Azərbaycanın  Kalinin  rayonunun  Qızıldaş  kəndində  anadan  olmuş  81  yaşlı  Salatın  Bəkir  qızından  eşitmişik)

3.” Qabağa kötük yumalatma (qoymaq )”

Bu  ifadə  ən   çox mərasim(toy)  “hadisələri”  ilə  əlaqədar  yaranmışdır.

Vaxtilə bir qızı, iki və ya  bir necə oğlan istədikdə kənd ağsaqqaları həmin növcavanları sınamaq və qabiliyyətlərini yoxlamaq məqsədilə qarşılarına doğrmaq üçün müxtəlif ağac kötükləri qoyarmışlar.

Əgər hansı cavan kötükləri müəyyən şərtlərə uyğun, dürüst əməl edərək doğraya ( yara ) bilərsə, qızı da o adama verərlərmiş. El arasında  “məğlub olmuş “ insanlar həmin ifadəni acıqlı tərzdə”özlərinə  bəraət  qazanmaq  xətrinə  tez-tez işlətməkdədirlər.

4. “ Mənim günahlarım alnıma yazılıb!”

Bir şəxs öz günahlarını başa düşdükdə söz-söhbət arasında deyir: “Mənim günahlarım alnıma yazılıb”. Bu deyimin, idiomatik  ifadənin  yaranma tarixi belədir: qədim zamanlarda ucsuz- bucaqsız  Rusiyada cinayətkarları sürgünə göndərməzdən əvvəl damğalayırmışlar. Yəni, onların alnına “V”, bir yanağına “O” digərinə “R”(vor-oğru) hərfi yazılarmış, hərflər bu və ya digər şəxsin sifətində ömürlük qalarmış. Onu heç cür pozmaq mümkün deyilmiş. Bu” sifətli “ insanlar görkəmi ilə hamı tərəfindən tanınırmış.

5. “Ağlına  keçə  yamayım” 

Bu  ifadənin işlənmə  mənbəyi  “alacıq”  sözü  ilə  bağlıdır. Alacıq- çubuqdan  qurulub  üstü  keçə  ilə  örtülən  köçəri  mənzili, çadır anlamındadır.Digər tərəfdən alacıq  sözünün etimoloji mənası ” qabağı  açıq”( qapısı  olmayan) deməkdir.Vaxtilə  köçəri( elat ) camaatı qapı   əvəzinə  çox  vaxt  bir  palaz  asarmışlar. Standarta  uyğun  olmayan  palazla(yaxud əski hissəciklər) qapını  hərtərəfli  örtmək  imkan  xaricində  olarmış. Alaçığın içərisi  və  içəridəki  adamlar  aydın  şəkildə görünərmiş. Köçəri(elat)  camaatı az  da  olsa, “qapılarının  eybini  örtmək “  məqsədilə   alaçığı- görünən  hissələri  örtmək  üçün bir  keçə  də   əlavə  edərmişlər.

İfadədəki  ağıl  sözü, əslində   al ( ön, qabaq) kəlməsinin  təhrif  olunmuş  formasıdır. 

Beləliklə, ifadənin  mənası  “Qabağına  keçə  yamayım(yapışdırım)

“ Başa  düşmək  olmur, elə  bil  Moltanıdilində  danışır”.

Bu  ifadə  xarici turist  və  zəvvarların  danışığı  üçün  nəzərdə  tutulmuşdur.

Məlumdur  ki, hələ  XVII-XVIII  əsrlərdə  Hindistandan  olan  tacirlər  ticarət  yolları  vasitəsilə  Bakıya  gəlmişlər.  Onlar Suraxanı  qəsəbəsində  yerdən  təbii  qazın çıxaraq  yanmasını  görmüş  və  bu  alovu  müqəddəs  hesab  etmişlər.Həmin  insanların  bir  çoxu  Hindistanın  şimalından,xüsusilə  Pəncab  və  Multan  bölgələrindən  gəlmişdilər.  Onların  arasında  hindular  və  siqhlər  var  idi.  

Suraxanı atəşgah məbədinin tikintisinə və saxlanmasına həmin  şəxslər də  maddi  yardım  göstərmişlər. Atəşgahın  divarlarında  sanskrit  və  pəncab   dillərində  yazılar  da  mövcuddur. Bu  yazılar hindli  və  siqh  zəvvarlarının  burada  ibadət  etdiyini  təsdiqləyən  mühüm  tarixi  sübutlardır.

Lakin  yerli  əhali  tərəfindən  Hind  zəvvarları  müsəlman  olmadıqlarına, dillərinin  başa  düşülməməsinə  görə  pis  qarşılanmışdır. Məhz   bu  vaxtdan Moltanı  dili  ifadəsi  də  anlaşılmaz  dil  anlamında  işlədilmişdir.    

Arif Kazımov,

ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri