Icma.az
close
up
RU
Sözün bitdiyi yerdə başlayan musiqi

Sözün bitdiyi yerdə başlayan musiqi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Doğrudur, danışırıq, izah edirik, adlandırırıq, bölüşürük. Məhz dilin vasitəsi ilə dünyanı mənalandırır, özümüzü başqalarına tanıdır, öz düşüncə və duyğularımızı paylaşırıq. Amma həyatın elə anları var ki, sözlər orada ya artıqdır, ya da tamamilə aciz. Həmin anlarda insan danışmaq istəmir, danışa bilmir. Məhz o nöqtədə ruhun qidası dediyimiz musiqi köməyimizə çatır.

Söz çox zaman ağlın nəzarətindədir. Cümlə qurmaq üçün sözləri seçirik, ölçürük, redaktə edirik. Danışmadan öncə dəfələrlə düşünürük ki, bunu demək olar, bunu demək olmaz. Dil sosial məsuliyyət daşıdığı üçün qarşı tərəfin anlayacağı formaya salınmalıdır. Musiqinin isə belə bir yükü yoxdur. O, nəyisə izah etməyə çalışmır, sadəcə var olur. Bəlkə də buna görədir ki, sözün tükəndiyi yerdə musiqi daha səmimi səslənir.

İnsan hisslərini sözlə ifadə etməyə çalışdıqca mütləq nəsə itirir. Sevinc cümləyə çevriləndə zəifləyir, kədər çox danışıldıqca səthiləşir. Çünki dil hissin özü deyil, onun təsviridir. Musiqi isə təsvir etmir, birbaşa hissin özünü yaradır. Melodiya bizə kədərlənməyi demir, kədərin özünü yaşadır. Ya da gülümsəməyi tapşırmır, şən duyğuları ruhumuza köçürür. Bu, çox fərqli bir ünsiyyət formasıdır.

Sözlər çox vaxt bizi qoruyur. Onların arxasında gizlənmək mümkündür. Axı nahaqdan deməyiblər, insan dilinin arxasında gizlənib. İnsan rol oynaya, özünü daha güclü, daha sakit, daha laqeyd göstərə bilər. Amma musiqidə bu maska asanlıqla düşür. Çünki melodiyanın yalanı yoxdur. O, sənin içində nə varsa, onu səsləndirir. Elə buna görə də bəzi insanlar özlərini gizləməkdən bezəndə, özləri ilə baş-başa qalmaq istəyəndə danışmaqdan qaçıb musiqiyə sığınırlar.

Sözsüz musiqinin gücü ondadır ki, onun tərcüməyə ehtiyacı yoxdur, o, hamıya eyni anda toxuna bilir. Dünyadakı tək ortaq dil də məhz musiqidir. Dil isə fərqlidir, sözlər mədəniyyətə, coğrafiyaya, təhsilə bağlıdır. Bir fortepiano musiqisi Tokio ilə Bakını eyni hissdə birləşdirə bilir. Çünki orada izah yoxdur, yalnız duyğu var. Bu, insanları ən bərabər nöqtədə, hissdə görüşdürən nadir vasitələrdən biridir.

Çox məşhur əhvalatlardan biridir. Belə ki, vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib "Cücələrim" mahnısını ifa edir və qonaqlara üzünü tutaraq deyir: "Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"

Çaplin Azərbaycan dilini bilmirdi, amma musiqinin ruhunu duyurdu. O, "Cücələrim" mahnısını sözlərindən daha çox melodiyası ilə anlamış və sevmişdi.

Musiqi insanın özünü səslərlə ifadə etdiyi bir sənətdir. Musiqi adamı canlandırır, sakitləşdirir və insani keyfiyyətlərini zənginləşdirir. Musiqi dinləyən insan cəmiyyət içində daha xoşbəxt fərd olur. Bir çox insan özünü və duyğularını musiqi ilə daha yaxşı ifadə edə bilir. Bu səbəbdən musiqidən ünsiyyət məqsədi ilə istifadə edilir.

Həmçinin, əsrlərdən bəridir duyğuları və qəlbi oxşayan musiqi növlərindən müalicə məqsədi ilə də istifadə edilir. Bu, təkcə psixoloji müalicə deyil. Araşdırmalar göstərir ki, dünyanın bir çox yerində ən ağır xəstəliklər belə musiqi ilə müalicə oluna bilir. 1950-ci illərdən etibarən psixiatrik xəstəliklərdə musiqi terapiyasından istifadə edilir. XX əsrin ortalarında musiqi ilə müalicəni kəşf edən Qərb dünyası isə onu alternativ müalicə üsulu deyil, ənənəvi tibbə uyğun və elmi müalicə üsulu olaraq qəbul edib. Bu gün Qərbdə xəstəxana, klinika, məktəb, maddə asılılığı mərkəzi kimi yerlərdə minlərlə mütəxəssis musiqi terapiyası tətbiq edirlər.

Musiqi həm də susqunluğun səsidir. Bu susqunluğun içərisində hiss var, duyğu var, sözə tökülə bilməyən yaşanmışlıqlar var. Bu sükut insanı qorxutmur, əksinə, onu özünə yaxınlaşdırır, hissləri ilə baş-başa qoyur.

Bu o demək deyil ki, söz lazımsızdır. Əksinə, dil insanın düşünmə qabiliyyətinin əsas dayağıdır. Amma hər şey dilə sığmır. Bəzi duyğular var ki, onları ifadə etmək yox, yaşamaq lazımdır. Bunu edən isə yenə də musiqidir.

Bəlkə də buna görə həyatımızda musiqi həmişə var. Sevinəndə, kədərlənəndə, tək qalanda, düşünəndə, sevəndə, ayrılanda... Çünki insan təkcə danışan varlıq deyil, həm də hiss edən, susan, dinləyən varlıqdır. Bəzən isə ən doğru ünsiyyət forması məhz sözsüz olandır.

Sözün bitdiyi yerdə musiqi başlayır. Amma bu, sözün məğlubiyyəti deyil. Bu, insanın özünü daha dərin, daha səmimi bir dildə ifadə etmək ehtiyacıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri