Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

S&P 2027ci ilə qədər Azərbaycanda neft hasilatının həcmini açıqladı

S&P 2027ci ilə qədər Azərbaycanda neft hasilatının həcmini açıqladı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı (qaz kondensatı da daxil olmaqla) sutkada 0,58 milyon barel təşkil edəcək.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatlarında qeyd olunub.

"Azəri-Çıraq-Günəşli" kimi əsas neft yataqlarının köhnəlməsi səbəbindən hasilat son illərdə davamlı azalaraq, 2019-cu ildəki 0,79 milyon bareldən 2023-cü ildə 0,65 milyon barelə düşüb. Hesab edirik ki, 2024-cü ildə hasilat orta hesabla gündəlik 0,58 milyon barel təşkil edəcək və növbəti bir neçə il ərzində bəzi yataqlardakı davamlı azalmanın digərlərindəki kiçik əlavə güclər hesabına kompensasiya edilməsi nəticəsində hasilatda müəyyən sabitləşmə baş verəcək", - agentlik qeyd edib.

"S&P"nin qiymətləndirmələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri hasilatdakı azalmanı yavaşlatmaq üçün əlavə investisiyalar yatıracaqlar.

"Lakin uzunmüddətli perspektivdə hasilat, çox güman ki, azalmağa davam edəcək", - analitiklər hesab edirlər.

"S&P" proqnozlaşdırır ki, Azərbaycanda kommersiya qaz hasilatı ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcək.

"Azərbaycanda qaz hasilatı "Şahdəniz" qaz yatağının ikinci mərhələsinin işlənməyə başladığı 2018-ci ildən əhəmiyyətli dərəcədə artıb və 16 milyard kubmetr platosuna çatıb. Ümumilikdə, hesab edirik ki, Azərbaycan pik qaz hasilatına yaxınlaşıb və bir neçə il ərzində bu səviyyəni qoruyub-saxlayacaq".

"S&P" analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatını artıra biləcək bir neçə layihə mövcuddur. Bunlara "Abşeron" yatağının ikinci mərhələsi (hasilatın ildə 1,5 milyarddan 5 milyard kubmetrə qədər artırılması), AÇG blokundakı dərin qatlardan hasilat, "Ümid", "Babək" və "Qarabağ" yataqlarının işlənməsi daxildir.

"Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanması üçün bir neçə il tələb olunacaq (hər bir halda həyata keçirilmə qərarının qəbul edilməsi şərtilə)", - məlumatda vurğulanır.

Agentlik hesab edir ki, Azərbaycanın Avropaya qaz ixracını artırması boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək:

"Belə genişlənmə Azərbaycan və Avropa alıcıları arasında təchiz edilən qazın uzunmüddətli həcmləri və qiymətləri ilə bağlı razılaşmalardan asılı olacaq".

"S&P" vurğulayıb ki, Azərbaycan hökuməti bərpaolunan enerji mənbələrinin inkişafını fəal şəkildə təşviq edir:

"Xüsusilə, ölkənin Günəş, külək və hidroenerji potensialından istifadə planları var. Bundan əlavə, Xəzər regionundan Macarıstan və Rumıniyaya "yaşıl elektrik enerjisi"nin ixracına imkan verəcək Qara dənizin dibi ilə enerji kabelinin çəkilişi layihəsi üzərində iş davam edir. Azərbaycanda bərpaolunan enerji istehsalının əlavə gücləri hazırda qazla istehsal olunan daxili elektrik enerjisinin bir hissəsini əvəz edə bilər. Bu da ixrac boru kəməri güclərinin genişləndirilməsi şərtilə Avropaya əlavə qaz həcmlərinin təchizinə gətirib çıxara bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri