Icma.az
close
up
RU
S&P: Azərbaycanın neft hasilatı 2027ci ilə kimi gündəlik 580 min barel təşkil edəcək

S&P: Azərbaycanın neft hasilatı 2027ci ilə kimi gündəlik 580 min barel təşkil edəcək

Azərbaycanın neft hasilatı (təbii qaz kondensatı daxil olmaqla) 2027-ci ilə qədər gündə orta hesabla 0,58 milyon barel (mbpd) səviyyəsində qalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.

Qeyd edilib ki, əsas neft yataqları - “Azeri-Çiraq-Günəşli” yaşlandıqca istehsal son illərdə daima azalıb və 2019-cu ildəki 0,79 mln. bareldən 2023-cü ildə 0,65 mln. barelə enib.

“Biz bu il istehsalın orta hesabla 0,58 mln. barel olacağını və bəzi yataqlarda kiçik artırımların davamlı azalmanı qarşısının konpensasiya edəcəyini proqnozlaşdırırıq. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin azalmayı yavaşlatmaq üçün əlavə investisiyalar həyata keçirməsi ehtimalı var. Bununla belə, uzunmüddətli perspektivdə, istehsalın azalmağa davam edəcəyini düşünürük” - S&P əlavə edib.

seeBaxış sayı:27
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri