S&P: Azərbaycanın gündəlik neft hasilatı 2027ci ilə kimi gündəlik 580 min barel təşkil edəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanın neft hasilatı (təbii qaz kondensatı daxil olmaqla) 2027-ci ilə qədər gündə orta hesabla 0,58 milyon barel (mbpd) səviyyəsində qalacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.
Qeyd edilib ki, əsas neft yataqları - “Azeri-Çiraq-Günəşli” yaşlandıqca istehsal son illərdə daima azalıb və 2019-cu ildəki 0,79 mln. bareldən 2023-cü ildə 0,65 mln. barelə enib.
“Biz bu il istehsalın orta hesabla 0,58 mln. barel olacağını və bəzi yataqlarda kiçik artırımların davamlı azalmanı qarşısının konpensasiya edəcəyini proqnozlaşdırırıq. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin azalmayı yavaşlatmaq üçün əlavə investisiyalar həyata keçirməsi ehtimalı var. Bununla belə, uzunmüddətli perspektivdə, istehsalın azalmağa davam edəcəyini düşünürük” - S&P əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















