S&P gələn il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi gələn il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.
“APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Belə ki, S&P 2025-ci ildə Azərbaycanın ÜDM-ni real artımını yenidən 2% müəyyən etdiyi halda, 2026-cı il üzrə gözləntilərini 1,5%-dən 2%-ə yüksəldib.
Reytinq agentliyi qeyd edib ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunda faktiki ÜDM artımı agentliyin proqnozlarını üstələyib. 2025-ci ildə ÜDM artımı ilə bağlı gözləntilər yüksək olsa da, 2024-cü ilə nisbətən daha az olacaq.
“Neft istehsalçıları olan Qazaxıstan və Azərbaycan son dövrlərdəki neft qiyməti dinamikasından faydalansa da, neft hasilatının azalması ilə üzləşirlər. Müsbət cəhət odur ki, bu ölkələrdə neftdən kənar sahələrdəki iqtisadi artım neft və qaz sektorundakı artımı üstələyir. Ermənistanda və Gürcüstanda iqtisadi artımın yavaşlaması isə Rusiyadan miqrant və kapital axınının azalması ilə bağlıdır”- S&P-nin şərhində bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















