Icma.az
close
up
RU
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi gələn ilin aprelinə qədər məzənnə dəyişikliyi gözləmir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi gələn ilin aprelinə qədər məzənnə dəyişikliyi gözləmir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalması narahatlıq doğurmaya bilməz. On il əvvəl oxşar mənzərəni görmüşdük. 2014-cü ildə də valyuta ehtiyatlarının həcmi azalmağa başlamışdı. Müxtəlif arqumentlər səslənsə də, sonradan əsas səbəb məlum olmuşdu. Mərkəzi Bank daha bazara müdaxilə etmək istəmirmiş.

Bizimyol.info xəbər verir ki, son iki ayda valyuta ehtiyatları 900 milyon dollara qədər azalıb. Əlbəttə, yaxın aylarda ehtiyatın tam tükənməsi gözlənilmir. Amma qışın sonuna qədər ümumi həcm 10 milyard dollardan aşağı düşə bilər. Bu da yetərincə təhlükəli vəziyyət sayılır.

Ekspertlər hesab edir ki, 2025-ci ildə istənilən halda devalvasiya qeydə alınacaq. Neft-qaz gəlilərinin kəskin aşağı düşməsi, enerji qiymətlərinin yüksəlmək ehtimalının olmaması belə proqnozu ağlabatan edir. ABŞ-ın yeni dövlət başçısı Donald Trampın açıqlamaları da bazara təsir göstərir. Prezident ölkəsinin həm neft, həm də qaz hasilatının artırmalı olduğunu düşünür. Bu da qiymətlərə ciddi zərbə vuracaq.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, Mərkəzi Bank manatın məzənnəsini ən azı 4 ay qorumağa çalışacaq. Təxminən gələn ilin aprelinə qədər devalvasiya ehtimalı əsaslı sayılmır. Agentlik bazara yeni müdaxilələri istisna etmir. Hesab olunur ki, proseslərin gedişi həm də enerji qiymətlərindən asılıdır. Ölkədə xarici valyuta daxilolması azalarsa, manatı da ayaqda saxlamaq çətin olacaq.

“S&P Global Ratings” xüsusi qeyd edir ki, pandemiyadan bəri daxili depozitdə dolların payı azalıb. Manatla depozitlərə maraq artıb. Agentlik bankların təklif etdiyi orta faiz göstəricisindəki fərqə diqqət çəkir. Dollarla depozitlərin orta göstəricisi 3 faizə çatmır. Manatla əmanətlərə illik orta hesabla 9 faiz gəlir vəd olunur. Məhz bu amil, bank müştərilərinin seçiminə təsir göstərib.

Beynəlxalq agentliyin hesabatından belə çıxır ki, hətta gələn il ümumiyyətlə devalvasiya qeydə alınmaya bilər. Açığı, belə ifadə olunmaq çox iddialı açıqlama kimi səslənərdi. İqtisadiyyatdakı vəziyyət nikbinliyə əsas vermir. Gələn il devalvasiya ehtimalı çox yüksəkdir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri