Icma.az
close
up
RU
“S&P Ratings”dən nikbin bəyanat

“S&P Ratings”dən nikbin bəyanat

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bölgənin inkişafında yeni mərhələni formalaşdıracaq

“S&P Global Ratings” (S&P) beynəlxalq agentliyi Ermənistan və Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində atılan müsbət addımların bölgənin inkişafında ümidverici perspektivlər vəd etdiyini açıqlayıb. Agentliyin ekspert qrupu qeyd edilir ki, 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma mühüm siyasi mərhələ olmaqla təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verib. Normallaşma istiqamətində atılan ilk addımlar regional nəqliyyat əlaqələrinin və ticarətin müəyyən qədər yaxşılaşmasına gətirib çıxarıb. İki dövlət arasında danışıqlarda əldə olunan irəliləyişlər təhlükəsizlik risklərini azaldaraq davamlı sülh sazişinin perspektivi üçün hüquqi qüvvəyə malik baza hazırlamaqdadır.

Agentliyin ekspert qrupunun dəyərləndirmələrinə əsasən, Azərbaycan və Ermənistan suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan hərtərəfli sülh sazişini imzaladıqdan sonra regionda geosiyasi və təhlükəsizlik mühiti yaxşılaşacaq, geniş əməkdaşlıq potensialını təmin edən yeni mərhələni formalaşdıracaq.

Regionda geniş investisiya və iqtisadi artım potensialı yaranacaq

“S&P Global Ratings” hesab edir ki, rəsmi sülh müqaviləsinin imzalanması bölgədə əlverişli və geniş investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq, iqtisadi artım potensialını yüksəldəcək. Bu və digər amillər Azərbaycanın kredit reytinin yüksəlməsi üçün də münbit potensialı artıracaq. Geosiyasi risklərin azalması və fiskal buferlərin möhkəmlənməsi şəraitində Azərbaycanın kredit reytinqinin yüksəlməsi gözləniləndir. Buna iqtisadi-maliyyə-investisiya seqmentlərindəki amillərlə yanaşı, bölgədə yaranana siyasi faktorların-sülh və rifah quruculuğu yönündə atılan iradəli addımların da təsirləri istisna deyil.

Xatırladaq ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi - “Fitch”, “S&P Global Ratings” və “Moody’s”la əməkdaşlıq həyata keçirilib, rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, eyni zamanda müqavilə öhdəlikləri olmadan agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib. 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Həmin  agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, eyni zamanda, “sabit”dən “müsbət”ə dəyişib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.

Azərbaycanın reytinqi “sabit”dən “müsbət”ə dəyişdirilib

“S&P”, eyni zamanda, cari ildə Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini də yaxşılaşdırıb. Tədqiqat qrupunun açıqlamasında bildirilir ki, iqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2026-cı ildə bankların kredit reytinqlərini də müsbət çərçivədə qərarlaşdırmağa imkan verəcək. İnfrastruktur investisiyaları və əsas faiz dərəcəsinin azalması 2026-2027-ci illərdə kredit portfelinin ikirəqəmli artımına səbəb olacaq. Bütün bunların fonunda bankların tikinti sektorunda və ipoteka kreditləşməsində məhdud iştirakı risk səviyyəsini qismən azaldır və tendensiya davam edəcək.

“S&P Global Ratings” vurğulayır ki, tənzimləyici qurum (Mərkəzi Bank) son iki ildə banklar üçün yeni korporativ idarəetmə standartlarını, əlaqəli tərəflərlə sövdələşmələri məhdudlaşdıran tənzimləməni, həmçinin Bazel III tələblərinə uyğun olan likvidliyin idarə edilməsi normalarını tətbiq edib. Bu təşəbbüslərin səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanda banklara nəzarət və tənzimləmə sistemini daha da gücləndirə bilər. Reytinq agentliyi hesab edir ki, ölkəmizdə bank sektoru üçün gözlənilən risklər qlobal iqtisadiyyatdakından daha azdır. Bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir.

Yuxarıdakı amillər və digər qiymətləndirmə indikatorları nəzərə alınaraq qiymətləndirmə əmsalı “sabit”dən “müsbət”ə dəyişdirilib. “S&P” analitiklərinin fikrincə, maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması istiqamətində davam etdirilən təşəbbüslər reytinq üzrə yeni imkanları gücləndirəcək.

Yeni investisiya reytinqi üçün gözləntilər

“S&P Global Ratings” agentliyinin yeni proqnozları ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.

Agentliyin Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. Respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır. Eyni zamanda, “S&P”in yaxın müddətdə Azərbaycanın kredit reytinqinin yenidən yüksəldəcəyinə və investisiya səviyyəsinə yüksəldəcəyinə zəmin yaradır.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri