S&P: SOCAR ın borclarının əhəmiyyətli hissəsi Türkiyə törəmələrinə aiddir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"2025-ci il iyunun 30-na olan vəziyyətə əsasən SOCAR-ın borc yükünün əsas hissəsi ana şirkət səviyyəsində deyil, törəmə şirkətlərin balansında cəmləşib".
"APA-Economics" xəbər verir ki, "S&P Global Ratings" beynəxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
S&P-nin məlumatına görə, SOCAR-ın daxili şirkət səviyyəsində kapital strukturu 2030-cu ildə ödənilməli 750 milyon dollarlıq avrobond, 2030-cu ildə ödənilməli 200 milyon dollarlıq yaşıl avrobondlar, 100 milyon dollarlıq yerli istiqraz və banklar, yerli qurum və dövlətlə əlaqəli qurumlardan alınmış 2,8 milyard dollar kreditdən ibarətdir.
Agentliyin qiymətləndirməsində bildirilir ki, SOCAR qrupunun qalan 10 milyard dollarlıq borcu törəmə şirkətlərinin üzərindədir. Həmin borcun 4,3 milyard dolları SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə şirkətlərinə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 13 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















