“SpaceX” şirkətinin Ay raketi növbəti sınaq uçuşunu uğurla həyata keçirib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
“SpaceX” şirkətinin Aya idarəolunan uçuşlar üçün hazırladığı “Starship” kosmik gəmisi və “Super Heavy” raketdaşıyıcısı növbəti sınağını da uğurla başa vurub.
AZƏRTAC xəbər verir ki, məlumata görə, sınaq uçuşu oktyabrın 13-də yerli vaxtla saat 19:23-də “SpaceX” şirkətinin Texas ştatındakı “Starbase” kosmodromunda həyata keçirilib.
“Starship” kosmik gəmisi Yer ətrafında natamam dövrə vuraraq Hind okeanında – Avstraliyanın şimal-qərbinə yaxın ərazidə yumşaq eniş edib.
“Starship” kosmik gəmisi və “Super Heavy” raketindən ibarət sistemin hündürlüyü 120 metrdən çoxdur və NASA-nın Ay missiyası üçün hazırladığı “Space Launch System” raket sistemindən iki dəfə güclüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















