“Yuventus”da qalmaqal: Spalletti futbolçusuna sərt xəbərdarlıq etdi
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yuventus”un baş məşqçisi Luçano Spalletti UEFA Avropa Liqasında “Selta” ilə keçirilən oyunda (2:1) əvəzləndikdən sonra narazılığını nümayiş etdirən futbolçusu Fransisko Konseysaunun hərəkətlərinə münasibət bildirib.
İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, portuqaliyalı cinah hücumçusu meydanı tərk etdikdən sonra ehtiyat oyunçular skamyasına bir neçə dəfə zərbə endirib və məşqçilər korpusunun üzvlərindən biri ilə mübahisə edib.
Spalletti futbolçunun bu davranışını tənqid edib.
“Qəzəbini özünə yönəltsə, onun üçün daha faydalı olar. Əks halda, bunu sonra müzakirə edə bilərik. Əgər deməyə sözü varsa, öz oyununa görə iradlarını özünə bildirsin. Üstəlik, o, təxminən 70-ci dəqiqədə əvəzlənib və bir neçə gündən sonra bizi növbəti matç gözləyir.
Əgər həqiqətən belə münasibət göstəribsə, hərçənd köməkçilərim hadisənin fərqli olduğunu deyirlər, qoy fikirlərini bizə izah etsin. Biz də məsələni aydınlaşdırmağa çalışarıq”, – deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Konseysau “Selta” ilə qarşılaşmaya start heyətində çıxıb və meydanda 64 dəqiqə keçirib. O, məhsuldar göstərici ilə yadda qalmayıb.
23 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə səkkiz oyunda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Oktyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















