Icma.az
close
up
RU
Spermoqrammanın nəticələrini necə yaxşılaşdırmaq olar. HƏKİM MƏSLƏHƏTLƏRİ

Spermoqrammanın nəticələrini necə yaxşılaşdırmaq olar. HƏKİM MƏSLƏHƏTLƏRİ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Əksər hallarda kişi sonsuzluğunun səbəbi spermoqrammanın göstəricilərinin aşağı olmasıdır.

Məhz bu səbəbdən ailədə sonsuzluğun səbəbini aşkar etmək üçün kişiyə ilk növbədə spermoqramma təyin olunur.

Spermoqrammanın nəticələri müsbət olduqda kişi sonsuzluğu faktoru müzakirə edilmir.

Spermoqrammanın nəticələri normalara uyğun olmadıqda isə kişi lazım olan digər müayinələr  və müalicə üçün uroloqa və ya androloqa müraciət etməlidir.

Kişidə aşkar olunan pozulmadan asılı olaraq həkim lazım olan dərman preparatları təyin edir. Lakin həkimlərin ümumi fikirinə görə, kişi öz həyat tərzində, qidalanmasındə və s. müəyyən dəyişikliklər etmədikdə, ən müasir və yaxşı dərmanlar lazım olan müalicəvi effekt verməyəcək.

Beləliklə, sonsuzluqla bağlı müalicə alan kişilərə bəzi həkim məsləhətləri:

1. Müalicə zamanı kişi spirtli içkilərdən (xüsusilə pivədən, araqdan, konyakdan) qəti şəkildə imtina etməlidir. Bu çox vacib şərtdir. Spirtli içkilər spermatogenez prosesinə (spermatozoidlərin yetişməsi) çox güclü mənfi təsir edir - xayalarda olan Leydinq hüceyrələrini zədəliyir, cinsi hormonların istehsalını və spermatozoidlərin hərəkətliliyini pozur, morfoloji anormal spermatozoidlərin (ikiquyruqlu, quyruqsuz, başsız və s.) sayının artmasına səbəb olur və s.

Həkimlərin müşahidələrinə görə, içki düşkünlərin əksər hissəsi (bəzi məlumatlara görə, 80%-i) tam sterildir. Bu o deməkdir ki, onların sperma mayesində sağ spermatozoidlər yoxdur.

2. Siqaret çəkmək də spermatogenez prosesinə mənfi təsir edir. Bu ziyanlı vərdiş damarların sıxılmasına səbəb olur ki, nəticədə orqanizmdə qan dövranı pozulur. Çoxlu miqdarda siqaret çəkənlərdə testosteronun (əsas kişi hormonu) ifrazı pozulur, spermada spermatozoidlərin konsentrasiyası azalır, spermatozoidlərin hərəkətliliyi pozulur və s.

3. Yüksək hərarət spermatogenezin ciddi şəkildə pozulmasına səbəb olur. Bu səbəbdən sonsuzluqdan müalicə alan kişilər üçün isti vannaların qəbulu (ilıq duşla əvəz olunur), sauna, hamam qəti şəkildə əks göstərişdir.

4. Həkim tərəfindən təyin etdiyi dərman preparatlarla yanaşı arı məhsullarından istifadə də çox yaxşı effekt verir. Demək olar, bütün arı məhsulları (bal, arı südü, perqa və s.) spermatogenezin yaxşılaşmasına kömək edir.

5. İtburnu, dazı otu, jenşen kökü kimi bitkilər də kişi sağlamlığı üçün çox xeyirlidir. Həkimlə məsləhətləşdikdən sonra bu bitkilərdən də istifadə edə bilərsiniz.

6. Hirudoterapiya (zəli ilə müalicə) də çox yaxşı effekt verir. Hirudoterapiya yerli qan dövranı yaxşılaşdırır. Kiçik çanaqda qan dövranının pozulması durğunluğa və nəticədə spermatogenezin pozulmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, hirudoterapiya müalicə metodu sayılır. Zəli ilə müalicə yalnız həkim tərəfindən həyata keçirilə bilər!

7. Sperma zülaldan ibarətdir. Bu səbəbdən kişilərdə qidalanmanın pozulmaları (xüsusilə qidalanmada  zülalların azalması) spermatogenezə çox mənfi təsir edir. Əksinə olaraq, sağlam və tamdəyərli qidalanma spermatogenezin yaxşılaşmasına kömək edir. Sonsuzluqdan müalicə olunan kişinin qidalanmasında mütləq lazım olan miqdarda zülallar olmalıdır. İlk növbədə söhbət ət (yağlılığı az olan mal, dana, toyuq, dovşan əti), balıq, yumurta (xüsusilə bildirçin yumurtası), süd məhsulları (xama, qatıq, pendir) kimi qidalardan gedir.

Həkimlərin müşahidələrinə görə, bəzi məhsullar spermatogenezin normallaşması üçün xüsusilə xeyirlidir. Bu məhsullar arasında: dəniz məhsulları (krevet, kalmar, dəniz molyuskları), qoz-fındıq, balqabaq tumları, sitrus meyvələri, kələm, pomidor, acı qırmızı bibər, soğan, sarımsaq və s.

8. Müalicə zamanı kişi mütləq fiziki aktiv olmalıdır (bədən tərbiyəsi, piyada gəzintilər, üzgüçülük və s.) Bu da çox vacibdir. Lakin həddindən artıq çox idmanla məşğul olan kişilərdə (peşəkar idmançılar, kulturistlər və s.) tez-tez spermatogenezin pozulması müşahidə edilir.

9. Müalicənin nəticələri müalicə başladıqdan 3 ay sonra qiymətləndirilə bilər. Təzə spermatozoidlərin tam inkişafı məhz 3 ay ərzində baş verir. Beləliklə, müalicə başladıqdan 3 ay sonra kişi təkrar spermoqramma verməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri