Icma.az
close
up
RU
Spermoqrammanın nəticələri

Spermoqrammanın nəticələri

Icma.az, Saglamolun saytına istinadən bildirir.

1 il ərzində hamiləlik baş tutmazsa, ailə cütlüyü sonsuzluğa görə lazım olan müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.

Kişi mütləq spermoqramma verməlidir. Bəzi kişilər bu müayinədən utanır və ya bunu lazımsız bilirlər. Lakin bu müayinə olmadan sonsuzluğun əsl səbəbini aşkar etmək və sonsuzluğu tam effektli şəkildə müalicə etmək mümkün deyil.

Spermoqrammanın nəticələrinin maksimal düzgün olması üçün müəyyən şərtlərə riayət etmək lazımdır. Spermoqrammadan 3-4 gün əvvəl cinsi əlaqəyə girmək, saunaya getmək, isti vanna qəbul etmək, soyuqlamaq, alkoqol içkiləri qəbul etmək, güclü fiziki gərginliklərə məruz qalmaq (idman və s.) olmaz. Bu analizi verən kişi tam sağlam olmalıdır.

Kişidə spermoqrammanın normal olması həkimlərin işini xeyli asanlaşdırır. Bu halda həkimlərin bütün diqqəti qadın orqanizmində mümkün olan pozulmalara yönəlir.

Nəticələrə görə spermoqramma normal sayıla bilər və ya spermoqrammada müəyyən pozulmalar aşkar oluna bilər.

Spermoqrammanın nəticələri bu kimi ola bilər:

- Normospermiya. Bu o deməkdir ki, spermanın bütün göstəriciləri normaldır. Əgər bu halda hamiləlik baş vermirsə, problem qadının orqanizmindədir və ya ailə cütlükdə bioloji uyğunsuzluq var.

- Normozoospermiya. Spermanın bütün əsas göstəriciləri (həcmi, hərəkətlilik və s.) normaldır. Lakin spermanın mayalanma qabiliyyətinə təsir etməyən bəzi dəyişikliklər də vardır (məsələn, dairəvi hüceyrələr artıq saydadırır, pH-ın, qatılığın, eyakulyatın durulaşmasının göstəriciləri bir qədər normadan kənardır və s.). Bu dəyişikliklərin səbəbi kişinin yaşı, cüzi iltihab ola bilər. Lakin qadın sağlamdırsa və bioloji uyğunsuzluq yoxdursa, hamiləlik baş tutmalıdır.

- Oliqospermiya. Eyakulyatın miqdarının az olması (2 ml-dən az). İlk dəfə kişidə oliqospermiya təyin olunduqda, bu narahatçılıq üçün səbəb sayılmır. Spermoqramma təkrar verilməlidir ki, bunun səbəbi kişinin təcrübəsizliyi (spermanın bütün həcmi konteynerə yığa bilmədi və s.), analizdən əvvəl cinsi əlaqə, güclü fiziki gərginliklər (idman zalında məşğələlər və s.), hər hansı xəstəlik və s. ola bilər. Əgər bir neçə analizdən sonra diaqnoz təsdiq olunarsa, bu hal sonsuzluğa səbəb ola bilər. Oliqospermiyanın səbəbi köhnə iltihab, xayalığın travması, bəzi nadir hallarda hormonal problemlər ola bilər. Kişi uroloqa və ya androloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə almalıdır.

- Oliqozoospermiya. Spermatozoidlərin miqdarının kifayət qədər olmaması  (spermanın 1 ml-də spermatozoidlərin 20 milyondan az olması). Səbəb - travmanın və iltihabın nəticəsində xaya toxumasının çapıqla əvəz olunması, nadir hallarda kişidə olan hormonal  pozulmalar. Oliqozoospermiya sonsuzluğa səbəb ola bilər. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Azoospermiya. Spermada spermatozoidlərin olmaması. Bu halda sperma şəffaf olur. Səbəb - iltihablar, kişi cinsiyyət sisteminin anadangəlmə patologiyaları, travmalar, varikosele, genetik mutasiyalar. Bir çox hallarda müalicə mümkünsüz olur.

- Astenozoospermiya. Spermatozoidlərin hərəkətliliyinin kifayət qədər olmaması (A kateqoriyalı spermatozoidlərin sayının 25%-dən az olması və ya A+B kateqoriyalı spermatozoidlərin sayının 50%-dən az olması). Səbəb - təzə iltihab, bəzi hallarda kişidə olan hormonal  pozulmalar. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Akinozoospermiya. Spermada spermatozoidlərin tam hərəkətsizliyi. Səbəblər - mühitin faktorları (yüksək hərarət, vibrasiya, radiasiya, narkotiklərin qəbulu və s.), hormonal problemlər, autoimmun xəstəliklər. Əksər hallarda akinozoospermiya zamanı süni mayalanma üsullarından istifadə olunur.

- Teratozoospermiya. Anomaliyalı spermatozoidlərin (quyruqsuz, başsız və s.) sayının artması (50%-dən artıq). Səbəblər - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Bir çox hallarda zədələyici faktor aşkar etmək mümkün olmur. Müalicə effekt vermədikdə, süni mayalanma üsullarından istifadə olunur.

-  Nekrozoospermiya. Spermada canlı spermatozoidlərin olmaması. Səbəb - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Zədələyici faktoru müəyyən edərək onu aradan qaldırmaq mümkün olmadığı halda, süni mayalanma üsullarında istəfadə oluna bilər.

- Leykositospermiya. Spermada leykositlərin sayının artması (1 ml spermada 1 mln. leykositlərdən  artıq). Səbəblər sidik-cinsiyyət sisteminin iltihabı, bəzi hallarda isə prostat vəzinin və ya xayalığın təzə travması.

- Hemospermiya. Spermada eritrositlərin olması (normada olmamalıdır). Bu halda sperma çəhrayı və ya qəhvəyi rəng ala bilər. Əksər hallarda bunun səbəbi sidik-cinsiyyət sisteminin iltihabi prosesləri və ya travma, nadir hallarda isə adətən yaşlı kişilərdə həmin orqanların xərçəngi.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri