Icma.az
close
up
RU
SPF lər dərini BU TƏHLÜKƏLİ XƏSTƏLİKDƏN QORUYUR AÇIQLAMA

SPF lər dərini BU TƏHLÜKƏLİ XƏSTƏLİKDƏN QORUYUR AÇIQLAMA

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Yay mövsümündə aktual problemlərdən biri də düzgün SPF seçimidir. Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruduğu ehtimal edilən bu kremlər geniş müzakirələrə səbəb olur. Bunlar əsasən onun necə istifadə edilməsi və dəri xərçəngi yaratma ehtimalının olması ilə bağlıdır. Bəs normalda SPF-lər necə istifadə edilməlidir? Hansı faizli SPF-lərə üstünlük verilməlidir? SPF-lər həqiqətən dəri xərçəngi yaradır?

Bu suallara cavab tapmaq üçün dermotolqlara müraciət etdik. 

BAKU.WS-ə açıqlama verən həkim-dermatoloq Pərviz Dadaşov SPF-lərdə günəşin zərərli şüalarını blok edən formullar olduğunu bildirib. Onun istifadə qaydasını izah edib:

"Dənizə gedəndə suya davamlı, üzərinə "50+", "100+" yazılan SPF-lərdən istifadə etməlisiniz. SPF evdən çıxmadan yarım saat əvvəl vurulur. Dənizdə də iki saatdan bir yenilənməlidir. SPF-in mütləq vurmaq lazımdır. Çünki bəzi şimali Avropa ölkələrində dəri xərçənfinin təhlükəli növü oaln melanoma xəstəliyinin yayılması çoxdur. Bu SPF-lər sayəsində xəstəliyin qarşısını almaq mümkündür. SPF-lərdə  günəşin zərərli şüalarını blok edən formullar var". 

Dermatoloq SPF-in xərçəng yaratma ehtimalından da danışıb.

O bildirib ki, bu absurd iddiadır. Əksinə SPF dərini xərçəng xəstliyindən qoruyur.

"SPF-in dəri xərçəngi yaratması bir neçə həkim tərəfindən elan edilib. Lakin heç bir elmi mənbədə yoxdur. Sadəcə olaraq doğru SPF seçilməlidir. Başqa qatqı maddələri olan işbazların hazırladığı SPF-lər istifadə etmək olmaz. SPF-lər dərini xərçəngdən qoruyur". 

Dermotoloq həkim Tünzalə Əzizli isə BAKU.WS-ə açıqlamasında bildirib ki, SPF-lər sadəcə yay deyil, bütün mövsümlərdə istifadə edilməlidir:

"SPF-lərin istifadəsi mütləq lazımdır. Onların üzərinə yazılan o faizləri çox fərqlənmir.  SPF "50" və "100" faiz arasında elə də ciddi fərq yoxdur. Qışda minimum SPF "30" istifadə etmək lazımdır. Yayda isə "50" və "100" faizli SPF-lərdən istifadə etmək lazımdır. SPF-i günəş olmayada da vurmaq olar. O günəşin ultrabənövşəyi UVA və UVB şüalarından qorunmaq  üçündür. Həssas dərili adamlar var. Yaz, yay, payız, qış istifadə etmək lazımdır". 

Məlumat üçün bildirək ki,

• SPF 15: UVB şüalarının təxminən 93%-ni bloklayır

• SPF 30: UVB şüalarının təxminən 97%-ni bloklayır

• SPF 50: UVB şüalarının təxminən 98%-ni bloklayır

• SPF 100: UVB şüalarının təxminən 99%-ni bloklayır.

SPF yalnız UVB şüalarına qarşıdır! UVA şüaları da dərini zədələyir (qocalma, dəri xərçəngi riski). Buna görə də "Broad spectrum" və ya "UVA/UVB qoruma" yazılan kremlərdən istifadə edin.

Günəş altında uzun müddət qalacaqsınızsa, SPF 50+ daha uyğundur.  Körpələr və uşaqlar üçün fiziki filtrlər (sink oksid, titanyum dioksid) olan SPF kremlər daha uyğundur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri