Spidometri bloklayan qurğu İnternetdə satışda FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa ölkələrinin əksəriyyətində avtomobilin kilometrajını geri çəkmək cinayət hesab edilir. Bu məsələ texniki baxış, alqı-satqı və digər əməliyyatlar zamanı ciddi nəzərə alınır. Avtosfer.az xəbər verir ki, indi İnternetdə spidometri bloklayan qurğu satışa çıxarılıb. Məhsul ingilis dili ilə yanaşı, Avropanın digər dillərində də geniş reklam edilir.
Təlimatda göstərilir ki, elektronik qurğu avtomobilin diaqnostika üçün nəzərdə tutulmuş ştekerinə qoşulur. Bundan sonra xüsusi proqram təminatı spidometri bloklayır. Günlərlə hərəkətdə olsa belə, avtomobilin kilometrajı olduğu yerdə qalır. Onu quraşdırmaq üçün heç bir ustanın müdaxiləsinə ehtiyac yoxdur.
Nəzərə alaq ki, kilometrajın geri çəkilməsi məsələsi bizdə də çoxlarını maraqlandırır. Bu səbəbdən qurğuya Azərbaycanda da maraq yaranacağı istisna deyil.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















