Icma.az
close
up
RU
Spiker Aqil Abbasa yenə irad bildirdi Deputat Sahibə Qafarovanın “qara siyahı”sına düşüb?

Spiker Aqil Abbasa yenə irad bildirdi Deputat Sahibə Qafarovanın “qara siyahı”sına düşüb?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Milli Məclisin iclasında deputat Aqil Abbasın çıxışından spiker Sahibə Qafarova narazı qalıb və ona irad bildirib.

“AzPolitika” xəbər verir ki, deputat Musa Quliyev “Reklam haqqında” qanuna dəyişiklik təklif etməsindən sonra A.Abbas ona emosional münasibət bildirib. Musa Quliyev deyib ki, tibbi xidmətlərin reklamı zamanı tibbi etika qorunmalıdır. “Plastik cərrahiyyə, mədəkiçiltmə reklamları son dövrlər baş verən əməliyyatlarda ağırlaşmalara, ölümlərə təsir edir. Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur. Bir nömrəli həkim, dünyaca məşhur həkim kimi təqdim etmək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Nəyi reklam etmək olarsa, təsbit olunsun. Şəxsi reklam etmək, həkimin sponsor olması dünyanın hər yerində qadağandır. Bizdə də qadağan olunmalıdır", - deputat qeyd edib.

Aqil Abbas isə çıxışında bunları deyib: "Mənfur sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir".

Spiker Sahibə Qafarova isə Aqil Abbasa irad bildirib. "Arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?"

Xatırladaq ki, daha əvvəl bir neçə dəfə Milli Məclisin sədri Aqil Abbasın çıxışlarından narazı qalıb. Məsələn, deputat parlamentdə nəşriyyatların ağır durumda olduğunu, kağız üzərindən ƏDV götürülməsinin vacibliyini vurğulayıb: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik". Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz etmişdi: "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar".

Aqil Abbasın ötən çağırış Milli Məclisin plenar iclasında Səhiyyə Nazirliyini sərt tənqid etməsi də spikerin etirazı ilə qarşılanmışdı.

Ümumiyyətlə, S.Qafarovanın çıxışlarına, fikirlərinə görə deputatları danlaması adət halını alıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri