Icma.az
close
up
RU
Spiker Sahibə Qafarova: Onların bu təxribatları....

Spiker Sahibə Qafarova: Onların bu təxribatları....

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər".
Ölkə.Az xəbər verir ki, bunu  Milli Məclisin sədri Sahibə Qafarova “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransında çıxışı zamanı deyib.
Spiker bildirib ki, bugünkü konfransımız da parlamentlərimizin rolunun daha da gücləndirilməsi, əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişləndirilməsi məsələlərinə həsr olunub: 
"Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən, mən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. 
Bu mənada, konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilmişdir. 
Bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı. 
Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərdi. 
Bununla belə, 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan parlament həmin dövr ərzində 145 iclas keçirmiş, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarmış, 230-a yaxın qanun qəbul etmişdi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə parlament də öz fəaliyyətini dayandırmışdı.
Azərbaycanda Sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi və bununla belə, formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olmuşdur. 
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı".
Spiker əlavə edib ki, ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəinki dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həlledici məqam oldu, həm də mahiyyət etibarilə yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət kəsb etdi:
"Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başlamışdır. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. 
Bu gün Milli Məclis Azərbaycan  Prezidenti cənab İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.
Ölkələrimizin və xalqlarımızın mənafelərinin təmin olunması işi parlamentlərin rolunun, onların qanunvericilik və təmsilçilik funksiyalarının daha da gücləndirilməsini labüd edir. Hesab edirəm ki, bu çərçivədə parlamentlər arasında ortaq maraqlara əsaslanan əməkdaşlıq məsələləri keyfiyyətcə yeni xarakter alır. Bu mənada, son dövrlərin mühüm təzahürlərindən biri olan parlament diplomatiyası xüsusilə diqqəti cəlb edir. 
Həqiqətən də, parlamentarizmin hazırkı inkişaf mərhələsinin əsas məqamlarından biri də budur ki, ölkədaxili siyasi sistemin əsas sütunlarından olan parlamentlərin fəaliyyəti artıq milli sərhədlərlə kifayətlənmir. Bu fəaliyyət həm də regional və qlobal müstəviyə çıxır.
Şübhəsiz ki, müəyyən etdiyimiz hədəflərə çatmaq üçün parlament diplomatiyası böyük imkanlara malikdir. Bu ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıqlar, səmərəli dialoq, ən yaxşı təcrübələrin paylaşılması, üzləşdiyimiz çağırışlar qarşısında səylərin birləşdirilməsidir. Bütün bunlar parlament diplomatiyasının mühüm cəhətləridir.
Lakin təəssüf ki, bu gün bir sıra ölkələrdə parlamentlər hansısa siyasi maraqlardan asılı vəziyyətə düşərək, təzyiq, şantaj, böhtan və ikili standartlar alətinə çevrilirlər.  
Sabah siz Azərbaycanın Qarabağ bölgəsini - Füzuli, Şuşa və Xankəndi və Xocalışəhərlərini ziyarət edəcəksiniz. Səfər çərçivəsində sizlər Azərbaycan torpaqlarının 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə yeksan edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidlərin canlı şahidi olacaqsınız. 
Lakin eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi və böyük səyləri ilə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqsınız. 
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri 30 illik işğala və haqsızlığa son qoydu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açdı.
Bütün bu proseslər fonunda isə bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər. 
Bunun yeganə səbəbi isə, hörmətli həmkarlar, Azərbaycanın kimlərinsə diktəsini rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.
Bu tip təxribatlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü aşkar şəkildə büruzə verdi. 
Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər.
Lakin onların bu təxribatları nəticəsiz qaldı. COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Toplantısı təşkil etməklə bizlər də, yəni Milli Məclis bu mühüm prosesə öz töhfəmizi verdik.
Təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə  ölkələrimizin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır.
Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik".
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri