Icma.az
close
up
RU
Sahibə Qafarova: “Onların təxribatları nəticəsiz qaldı”

Sahibə Qafarova: “Onların təxribatları nəticəsiz qaldı”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin tez-tez qarşılaşdığı neqativ hallardır.

Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır. Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik. Bugünkü parlament konfransımız da əslində bizlərin ortaq niyyətinin bariz ifadəsidir.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədri Sahibə Qafarova dekabrın 7-də MM-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Sahibə Qafarova xatırladıb ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə 30 illik işğala və haqsızlığa son qoydu, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, bu, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılması imkanlarına da yol açdı. Onun sözlərinə görə, bütün bu proseslər fonunda bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər. Milli Məclisin sədri vurğulayıb ki, bunun yeganə səbəbi isə Azərbaycanın kənar diktələri rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.

Bu tip təxribatların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası (COP29) dövründə özünü aşkar şəkildə büruzə verdiyini deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər. Lakin onların bu təxribatları nəticəsiz qaldı.

Sahibə Qafarovanın sözlərinə görə, COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Görüşü təşkil etməklə Milli Məclis bu mühüm prosesə öz töhfəsini verdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri