Icma.az
close
up
RU
Spirtli içkinin heç yarım millisi belə faydalı deyilmiş

Spirtli içkinin heç yarım millisi belə faydalı deyilmiş

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Uzun illərdir cəmiyyətdə belə fikir dolaşır ki, az miqdarda spirtli içki sağlamlığa ciddi zərər vermir. Lakin son elmi araşdırmalar bu yanaşmanı təkzib edir.
Demokrat.az-ın məlumatına görə rusiyalı qastroenteroloq Ekaterina Kaşux bildirib ki, təhlükəsiz spirtli içki dozası mövcud deyil. Onun sözlərinə görə, əvvəllər az miqdarda alkoqolun ürəyə faydalı ola biləcəyi düşünülürdü, lakin müasir tədqiqatlar bunun elmi səhv olduğunu göstərib.
Ekaterina Kaşux qeyd edir ki, 1980–1990-cı illərdə aparılan bəzi araşdırmalarda gündə 1–2 porsiya spirtli içki qəbul edən insanlarda ürək xəstəlikləri riskinin daha az olduğu göstərilirdi. Sonradan məlum olub ki, həmin tədqiqatlarda metodoloji səhv var. Çünki spirt içməyənlər qrupuna tez-tez sağlamlıq problemlərinə görə alkoqoldan imtina edən insanlar da daxil edilirdi.
Həkimin sözlərinə görə, son illərin məlumatları göstərir ki, hətta az miqdarda spirtli içki də bəzi onkoloji xəstəliklərin riskini artırır. Xüsusilə qaraciyər, süd vəzi, qida borusu və bağırsaq xərçəngi ilə bağlı risk yüksələ bilər. Risk qəbul edilən alkoqolun miqdarı ilə artır, lakin təhlükəsiz hədd müəyyən olunmayıb.
Spirtli içkilər ilk növbədə qaraciyərə zərər vurur. Vaxtilə hesab olunurdu ki, qaraciyər sirrozu yalnız ağır alkoqol asılılığı olan insanlarda yaranır. Müasir tədqiqatlar göstərir ki, illərlə davam edən hətta kiçik dozalar da qaraciyərdə piylənmə, iltihab və toxuma çapıqlanmasına gətirib çıxara bilər.
Ekspert vurğulayıb ki, alkoqol qida məhsulu deyil, zəhərli maddədir. Etanol qaraciyərdə parçalanarkən asetaldehid adlı maddə əmələ gəlir və bu birləşmə hüceyrələrə zərər verir. Nəticədə orqanizmdə oksidləşdirici stress artır, iltihab prosesləri başlayır.
Spirtli içkilər mədə-bağırsaq sisteminə də mənfi təsir göstərir. Onlar mədənin selikli qişasını qıcıqlandırır, qastrit və xora riskini artırır, bağırsaq mikroflorasını pozur. Bu isə zamanla xroniki pankreatit və mədəaltı vəzi xərçəngi riskini yüksəldə bilər.
Alkoqol sinir sisteminə də təsirsiz qalmır. Qısa müddətdə insan özünü daha rahat hiss edə bilər, lakin mütəmadi istifadə yuxunun keyfiyyətini və yaddaşı pisləşdirir, narahatlıq və depressiya riskini artırır.
Həkim əlavə edib ki, spirtli içkilər qida maddələrinin mənimsənilməsini də pozur. Bu səbəbdən mütəmadi alkoqol qəbul edən insanlarda dərinin rəngi solğunlaşa, saçlar zəifləyə və dırnaqlar kövrəkləşə bilər.
Ekspertin sözlərinə görə, ən təhlükəli məqamlardan biri odur ki, hətta kiçik, lakin müntəzəm dozalar belə zamanla asılılıq yarada bilər. Spirtli içkidən imtina etdikdə isə yuxusuzluq, əsəbilik, titrəmə və ağır hallarda psixoz kimi əlamətlər ortaya çıxa bilər.
Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Mart 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri