Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Sputnik Azərbaycan ictimai rəyə zəhər qatmaqla məşğul idi EKSPERT

Sputnik Azərbaycan ictimai rəyə zəhər qatmaqla məşğul idi EKSPERT

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu media resurslarının ölkəmizə hər hansı formada fayda verdiyinin şahidi olmamışıq


“Sputnik Azərbaycan”ın bağlanmasına Rusiya rəsmiləri reaksiya verib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır və Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir: "Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin əhəmiyyətini anlayır. Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektrinə aid olan məsələlərdə liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini rəhbər tutacaqlar”.  

Xatırladaq ki, fevralın 24-dən etibarən “BBC”, “Rossiya Seqodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri, “Amerikanın Səsi” radiosunun isə müxbir akkreditasiyası ləğv edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli mətbuatın sorğusuna cavabda bildirib ki, nümayəndəlikləri ləğv edilən media qurumları yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. A.Hacızadə qeyd edib ki, “Sputnik Azərbaycan” “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib. 2025-ci ilin fevral ayında yayılan məlumatlara görə, “Sputnik Azərbaycan”ın Bakıdakı nümayəndəliyinin bağlanması və ya əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılıb. Bu qərarın Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin qarşılıqlı təmsilçiliyindəki uyğunsuzluğun aradan qaldırılması məqsədilə alındığı bildirilir.


Hər hansı media resursunun Azərbaycan ərazisində tam xarici maliyyə ilə fəaliyyət göstərməsinin qanunazidd olduğunu vurğulayan Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli atılan addımların qanunauyğun olduğunu deyib. Ekspertin sözlərinə görə, bu təcrübə təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində tətbiq olunur: 


“Hər bir ölkə özünün informasiya məkanının təhlükəsizliyini qorumaq üçün çalışır. Bu, müasir dövrdə vacib faktlardan biridir. 

Dünyanın hər yerində qayda budur və Azərbaycanda belədir. Buna uyğun olaraq 2021-ci ildə Azərbaycan Respublikasında xarici KİV-in nümayəndələrinin akkreditasiyası qaydası qəbul edilib. Həmin Qaydada həm fərd olaraq jurnalistlərin akkreditasiyası, həm də media subyektlərinin fəaliyyəti ilə bağlı prinsiplər tənzimlənir. Bu sahədə müəyyən səliqə-sahman yaradılmasına ciddi ehtiyac vardı. Çünki əvvəlki qanundakı boşluqlardan istifadə edərək xarici ölkələrin bir çox media subyektləri Azərbaycan ərazisində qeyri-adekvat səviyyədə mövcuddurlar, fəaliyyət göstərirlər. "Sputnik Azərbaycan"ın Azərbaycan ərazisində redaksiyası mövcuddur və 40 nəfərə qədər ştat heyəti vardı. Maraqlıdır, bunların Azərbaycanda nə qədər böyük marağı var və nə işlə məşğuldursa, bu qədər böyük heyət işlədirlər. "Rossiya Seqodnya"nın (“Sputnik-Azərbaycan) və "Amerikanın səsi"nin nümayəndəlikləri Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərirdi. Müəyyən informasiya verilirdi, amma alt qatda, ideoloji zəmində yayılan məlumatlar, hazırlanan süjetlər, reportajlar Azərbaycanın ictimai rəyinə zəhər səpməklə məşğul idi. Sözügedən media resurslarının ölkəmizə hər hansı formada fayda verdiyinin şahidi olmamışıq. Bu media subyektlərinin maraqları faydalı informasiyalar yaymaq yox, Azərbaycanda təxribatçı əməllər törətmək, neqativ yönlü informasiyalar uydurmaqdan ibarət idi ki, bu kimi əməllərin qarşısının alınması artıq bir zərurətə çevrilmişdi”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri