“Qarabağ”ın sabiq qapıçısı Polşada turun rəmzi heyətinə seçildi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Qarabağ” futbol komandasının sabiq qapıçısı Mateuş Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətinə daxil edilib.
İdman.Biz xəbər verir ki, hazırda “Veçista Krakov”da çıxış edən 26 yaşlı qolkiper ölkənin “Gol24” nəşrinin hazırladığı ən yaxşı 11 futbolçu siyahısında yer alıb.
Koxalski “Yagelloniya” ilə qarşılaşmada komandasının məğlubiyyətinin qarşısını ala bilməsə də, qapıdakı uğurlu oyunu ilə fərqlənib. Nəşr polşalı qapıçının komandasını daha böyük hesablı məğlubiyyətdən qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.
Məqalədə bildirilir ki, Polşa millisinin baş məşqçisi Yan Urban da qarşılaşmanı izləyib. Nəşr Koxalskinin növbəti dəfə milli komandaya dəvət alacağını ehtimal edir.
Qolkiper 2024-cü ilin yayından 2026-cı ilin sentyabrınadək “Qarabağ”ın formasını geyinib. Bu müddətdə 76 oyunda iştirak edib, Azərbaycan çempionu olub və komanda ilə Çempionlar Liqasında çıxış edib. Sentyabrın 8-də isə “Veçista Krakov”a transfer olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















