Icma.az
close
up
RU
Şröder Putindən maaş alır

Şröder Putindən maaş alır

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Almaniya bankı ölkənin keçmiş kansleri Herhard Şröderin "Şimal axını 2" operatorunda qazandığı kapitalı kreditləşdirməkdən imtina edib.
Reyting.az
xəbər verir ki, "Bild" nəşrinin yazdığına görə, Hannoverdəki "Sparkasse" bankı Almaniyanın keçmiş kanslerinin adına olan və onun üçün nəzərdə tutulmuş ödənişlərin hamısını bloklamağa başlayıb.
Şröderin "Sparkasse" bankında hesabına hər altı aydan bir təxminən 200 min avro daxil olub. Bu böyük məbləğ həmçinin onun "Şimal axını 2" layihəsinin əsas operatoru sayılan "Nord Stream 2 Ağ" şirkətinin direktorlar şurasının üzvü kimi işinə görə pul təzminatı deməkdir.
Nəşr qeyd edib ki, indiyədək köçürülmüş bütün vəsaitlər hesaba Lüksemburqdan daxil olub.
İddialar görə, bu, əslində Rusiya prezidenti Putinin Şröder üçün ayırdığı maaşdır.
Lakin 2024-cü ilin ortalarından etibarən bank artıq bu köçürmələri qəbul etməyi dayandırıb və pulu onları göndərənə qaytarır.
Hannoverdə fəaliyyət göstərən "Sparkasse" bankı tərəfindən dəfələrlə Şröderə göndərilən məktubda bankın bu transferlərə görə, ABŞ sanksiyaları altına düşmək istəmədiyi bildirilib.
"Bild" nəşri həmçinin vurğulayıb ki, keçmiş Almaniya kanslerinin adı və bank hesabları heç bir sanksiya siyahısında görünmür.
Xatırladaq ki, H. Şröder 1998-2005-ci illərdə Almaniyanın kansleri vəzifəsində çalışıb. O, istefadan sonra Rusiya ilə bağlı layihələrdə birbaşa iştirak edib. Şröder eyni zamanda "Şimal axını" layihəsinin operatorluğunun icraçı direktorlar şurasına rəhbərlik edib və "Rosneft"-in direktorlar şurasının sədri seçilib.
Onu da qeyd edək ki, Qərb mediası dəfələrlə H. Şröderi V. Putinin dostu və şəriki adlandırıb.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri