Icma.az
close
up
RU
Ssenari eyni, nəticə eyni “Qarabağ”dan geridönüş

Ssenari eyni, nəticə eyni “Qarabağ”dan geridönüş

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”a qalib gəlib – 3:1.

Oyuna daha yaxşı başlayan və ilk epizodları yaradan Azərbaycan çempionu erkən qol vurmaqla rəqibi təzyiqə salmaq niyyətində idi. Cinahlardan reydlərlə fərqlənməyə çalışan “atlılar”ın uğursuz cəhdlərindən sonra meydan sahibləri oyuna nəzarəti ələ aldı. Ardıcıl hücumlar edən macarlar oyunun yarımsaatında qol vurmağa da müvəffəq oldu. Varqa ustalıqla qəbul etdiyi topu dəqiq zərbə ilə tora göndərməyi bacardı.

Qoldan sonra da “Ferentsvaroş” hücumları görsək də, növbəti cəhdlər yarımçıq qaldı. Xüsusilə “Qarabağ”a cinahlardan yüklənən macarlar ikinci qol arzusuna çatmadı.

Fasilədən sonra oyunu ələ alan “Qarabağ” Yankoviçin mahir zərbəsi ilə hesaba tarazlıq gətirməyi bacardı. Avrokuboklarda səfər görüşlərində daha yaxşı təsir bağışlayan Azərbaycan çempionu demək olar, oyunu istədiyi kimi idarə etdi. Daha iki qol vurmaqla 3:1 hesablı qələbə qazanan “Qarabağ” rəqibindən güclü olduğunu həm meydanda, həm tabloda göstərdi. Macarıstanda qazanılan qələbə eyni zamanda Liqa mərhələsinin qapılarını açdı. Qalır ordan keçmək…

“Qarabağ” daha əvvəl 2022/23 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsində səfərdə “Ferentsvaroş”a bu hesabla – 3:1-lə qalib gəlib. Maraqlıdır ki, həmin görüşdə də qollar məhz ikinci hissədə vurulmuşdu. “Qarabağ” demək olar, eyni tarixi eyni ssenari ilə yazdı, bu dəfə daha atəşli…

Cavab görüşü Bakıda olacaq. “Qarabağ” azarkeşləri önündə daha motivasiyalı olacaq və istənilən hesablı qələbə, heç-heçə “atlılar”ı əsas mərhələyə aparacaq. Qurban Qurbanov matçdan sonra nə qədər təmkinli danışsa da, “Qarabağ”ın Bakıda 2 top fərqli üstünlüyü əldən verəcəyi gözlənilmir.

Macarlar cavab görüşündə daha açıq futbola üstünlük verəcək ki, Azərbaycan çempionu belə oyunları sevir və bu, daha böyükhesablı qələbələrə yol aça bilər.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Avqust 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri